Dünya

Paşinyan Türkiyədə tarixi səfərdədir 

20 İyun, 2025
61

Foto: AP

Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbula səfər edib. 

Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Paşinyan bu ölkəyə bu səviyyədə səfər edən ilk Ermənistan lideri kimi tarixə düşüb. 

O, daha öncə 2023-cü ildə Ərdoğanın andiçmə mərasimində iştirak üçün Türkiyəyə gəlib. 

Liderlərin iki ölkə sərhədinin açılma perspektivlərini və ümumilikdə ölkələr arasında sülh prosesini müzakirə edəcəkləri gözlənilir. 

1993-cü ildə Kəlbəcərin işğalına cavab olaraq Ermənistanla quru sərhədini bağlayan Türkiyə hələ də sərhədi bağlı saxlayır. 2020-ci ildə Azərbaycanın Qarabağ müharibəsində qalib gəlməsindən sonra Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üçün elçilər təyin ediblər. 

Üstündən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, münasibətlərin normallaşdırılmasında ciddi addımlar atılmayıb. 

Paşinyan İstanbulda səfər çərçivəsində Türkiyənin erməni icması ilə görüşüb. 

Baş nazirin ofisindən verilən məlumatda deyilir ki, o, səfərinin Türkiyə ilə yeni başlayan dialoq nəticəsində reallığa çevrildiyini bildirib. Paşinyan Ərdoğanla planlaşdırılan görüşün vacibliyini qeyd edib və bu görüşün ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə ümid etdiyini bildirib. 

“Baş nazirin sözlərinə görə, səfər Ermənistan–Türkiyə dövlətlərarası münasibətlərinə əsaslanır və hazırda gedən proses münasibətlərin qurulması gündəliyidir, bu isə hər iki ölkənin maraqlarından irəli gəlir. Eyni zamanda, Baş nazir Paşinyan Türkiyədəki erməni icmasının dövlətlərarası münasibətlərin qurulması və dialoqun dərinləşdirilməsi prosesindəki rolunu vurğuladı”, - məlumatda qeyd olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Fatih Altaylı saxlanılıb

21 İyun 2025

Foto: Sosial media

Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb. Bu barədə iyunun 21-də jurnalistin həat yoldaşı məlumat yayıb. “Bir qədər əvvəl Fatehi apardılar. Hara apardıqlarını bilmirik”, - jurnalistin xanımı Hande Altaylı yazıb. Jurnalistin saxlanılması ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən verilən açıqlamada belə deyilir: “YouTube” sosial media kanalında 20.06.2025-ci il tarixli yayımda prezident Rəcəb Tayyib Ərdoğana qarşı hədə yönümlü, təhdid xarakterli ifadələr işlətdiyi üçün Fatih Altaylı barəsində istintaqa başlanılıb”. Məlumata görə, Fatih Altaylı barəsində davam edən istintaq çərçivəsində prokurorluğun göstərişi ilə saxlanılıb.
Dünya

Xameneinin öldürüldüyü deyilən müşavirinin sağ olduğu ortaya çıxıb

21 İyun 2025

Foto: AP

İran Ali lideri Ayətullah Əli Xameneinin İsrail tərəfindən öldürüldüyü deyilən müşaviri Əli Şamxaninin sağ olduğu bildirilir.  İranın dövlət mediası iyunun 20-də Şamxaninin Xameneiyə ünvanladığı məktubu yayımlayıb.  “Mən sağam və özümü qurban verməyə hazıram. Qələbə yaxındır. İranın adı həmişəki kimi tarixin ən yüksək qatlarına həkk olunacaq”, - o, məktubda deyir.  ABŞ-la aparılan danışıqlarda da İran nümayəndə heyətinə rəhbərlik edən Şamxaninin iyunun 13-də bir sıra hərbi liderlərlə birlikdə İsrail tərəfindən öldürüldüyü güman edilirdi.  İran mediası isə iyunun 20-də onun ağır yaralandığını və xəstəxanaya yerləşdirildiyini, lakin hazırda vəziyyətinin stabil olduğunu yazıb.  İsrailin İran şəhərlərini raket atəşinə tutması və hərbi liderlərini öldürməsi ilə başlayan...

Seçilmiş Videolar

Toplum TV loqo