Dünya

Putin istefa verən Cənubi Osetiya rəhbərini özünə müşavir təyin etdi

24 İyun, 2026
20

kremlin.ru

Tanınmayan Cənubi Osetiyanın rəhbəri Alan Qaqloyev istefa verib və Rusiya prezidenti Vladimir Putinin müşaviri təyin olunub.

Kremlin yaydığı məlumata görə, Vladimir Putin bununla bağlı müvafiq fərman imzalayıb.

Rusiya prezidentinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Alan Qaqloyevin səlahiyyətlərini müvəqqəti olaraq Marat Kambolov icra edəcək.

Marat Kambolov daha əvvəl Qaqloyevin müşaviri, həmçinin tanınmamış respublikanın hökumət sədri vəzifələrində çalışıb. O, müxtəlif illərdə Rusiyanın təhsil nazirinin müavini olub, daha sonra isə nüvə fizikası sahəsində tədqiqatlar aparan Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzinə rəhbərlik edib.

Dünyanın əksər dövlətləri Cənubi Osetiyanı Gürcüstanın nəzarətindən kənarda qalan ərazisi hesab edir. Rusiya isə 2008-ci ildə Gürcüstanla baş vermiş müharibədən sonra regionun müstəqilliyini tanıyıb.

Hazırda Cənubi Osetiyada Rusiya hərbi qüvvələri yerləşir. Yerli əhalinin böyük əksəriyyəti isə Rusiya vətəndaşlığına malikdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ Senatı Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib

24 İyun 2026

ua.depositphotos.com

ABŞ Senatı iyunun 23-də prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə layihəsini qəbul edib. Sənəd prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar aparmaq imkanlarını məhdudlaşdırmağı nəzərdə tutur. Bundan əvvəl analoji qətnamə Nümayəndələr Palatasında da təsdiqlənmişdi. Senatda sənədin lehinə 50 qanunverici səs verib. Onların arasında dörd respublikaçı senator da olub. Qətnamənin əleyhinə isə 48 senator çıxış edib. Bu, ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilən ilk belə hərbi səlahiyyət qətnaməsidir. Sənədə əsasən, administrasiyadan Konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyatlarda ABŞ silahlı qüvvələrindən istifadə etməmək və bu cür əməliyyatları yenidən başlatmamaq tələb olunur. Bununla belə, qətnamə qanunvericilik proseduruna uyğun olaraq prezidentin imzasına...
Dünya

Almaniyadan Tacikistana göndərilən müxalifət fəalı ölkəyə çatan kimi saxlanılıb

23 İyun 2026

Sosial media

Almaniya tacikistanlı müxalifət fəalı Əsədullo Boboyevi deportasiya edib. Bu barədə “Azadlıq Radiosu”nun tacik xidməti məlumat yayıb. Məlumata görə, Boboyev və onun 19 yaşlı oğlu 2026-cı il iyunun 8-də Almaniyanın Kleve rayonunda saxlanılıblar. Onlara iyulun 1-dək Almaniyada qalmaq hüquqlarını əsaslandırmaq üçün vaxt verilsə də, müdafiə tərəfinin Tacikistanda təqib və işgəncə riski ilə bağlı təqdim etdiyi sənədlərə baxmayaraq, məhkəmə onların deportasiyasına qərar verib. Fəalın deportasiya edildiyini Avropada fəaliyyət göstərən “Tacikistanın İslahatları və İnkişafı” müxalifət hərəkatının rəhbəri Şərofiddin Qadoyev də təsdiqləyib. “Vəkilimiz vasitəsilə Almaniya məhkəməsinə Əsədullo Boboyevin Tacikistanda təqibə, işgəncələrə və cəzalandırılmaya məruz qalacağına dair onlarla səhifəlik fakt və sübut təqdim etmişdik. Lakin...

Seçilmiş Videolar

Toplum TV loqo