Dünya

Rusiya Kiyevə zərbələr endirib: Xeyli sayda ölü və yaralı var

2 İyul, 2026
20

DCNC Kiyev

Rusiya ordusu iyulun 2-nə keçən gecə Kiyevə genişmiqyaslı raket hücumu həyata keçirib. Son məlumata görə, hücum nəticəsində azı 13 nəfər həlak olub.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, 56 nəfər yaralanıb, onlardan ikisi uşaqdır.

Ukraynanın Fövqəladə Hallar Xidməti isə 30-dan çox yaralı olduğunu açıqlayıb. Kiyev meri Vitali Kliçko isə xəsarət alanların sayının 86 nəfərə çatdığını, onlardan 70-nin xəstəxanaya yerləşdirildiyini bildirib.

Tkaçenkonun sözlərinə görə, hücum nəticəsində şəhərin bütün rayonlarında 30-dan çox nöqtədə dağıntı və ziyan qeydə alınıb. Zədələnən obyektlər arasında 20-dən çox yaşayış binası da var.

Xilasedicilər 15 ünvanda axtarış-xilasetmə işlərini davam etdirir. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Ukraynanın Energetika Nazirliyi hücumlar nəticəsində enerji infrastrukturuna ziyan dəydiyini, Kiyev, Donetsk, Zaporojye və Xarkov vilayətlərində elektrik təchizatında fasilələr yarandığını bildirib. Nazirliyin məlumatına görə, ən ağır vəziyyət Sumı vilayətində qeydə alınıb. Donetsk vilayətində isə enerji obyektində aparılan işlər zamanı üç nəfər yaralanıb.

Hücumdan sonra Kiyevdə iyulun 3-ü matəm günü elan edilib.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Ukraynaya endirilən zərbə "Ukrayna tərəfinin mülki infrastruktur obyektlərinə hücumlarına cavab" olub.

Nazirliyin açıqlamasına əsasən, hava, quru və dəniz bazalı uzaqmənzilli silahlar pilotsuz uçuş aparatları ilə birlikdə istifadə olunaraq Kiyev və Kiyev vilayətində hərbi-sənaye kompleksinə aid müəssisələrə, eləcə də yanacaq-enerji sektoru obyektlərinə zərbələr endirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail-Türkiyə gərginliyində yeni mərhələ: “Soyqırımı" qərarı nəyi dəyişəcək?

2 İyul 2026

al-monitor.com

İsrail Xarici İşlər Nazirliyinin (XİN) iyunun 28-də 1915-1917-ci illərdə Osmanlı imperiyası ərazisində ermənilərə qarşı törədilmiş kütləvi qətliamları "soyqırımı" kimi tanıdığı bildirdi. İsrailin xarici işlər naziri Gideon Saarın bununla bağlı təklifi hökumət üzvləri tərəfindən yekdilliklə qəbul olundu. Qərarın Osmanlı dövlətinin varisi hesab edilən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı sərt tənqidlərinə cavab olduğu bildirilir. İsrail XİN iyunun 27-də "X" platformasında paylaşdığı açıqlamada Ərdoğanı "siyasi rəqiblərini təqib edən, jurnalistləri həbs etdirən, kürdlərə qarşı qətliam törədən, Kipr ərazisini işğal edən və cihadçı qrupları dəstəkləyən diktator" adlandırıb. 2023-cü ilin oktyabrında İsrailin Qəzzada hərbi əməliyyatlara başlamasından sonra Türkiyə İsraili fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham edir....
Dünya

Lukaşenko “ekstremist” maddələri ilə məhkum olunan 32 nəfəri əfv edib

1 İyul 2026

president.az

Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü ərəfəsində 32 məhkumu əfv edib. Bu barədə Lukaşenkonun mətbuat xidməti ilə əlaqəli "Pul Pervoqo" teleqram kanalı məlumat yayıb. Məlumata görə, əfv olunanlar arasında 20 qadın və 12 kişi var. Onlardan 28-i Belarus hakimiyyətinin "ekstremist xarakterli" adlandırdığı ittihamlarla məhkum edilib. "Qərar məhkumlara və onların ailələrinə münasibətdə humanizm prinsipi rəhbər tutularaq qəbul edilib. Onların hamısı əfv üçün müraciət edib, təqsirlərini etiraf edib və peşman olduqlarını bildiriblər", – məlumatda qeyd olunub. Bu, Lukaşenkonun son dövrdə verdiyi ilk əfv qərarı deyil. Bundan əvvəl o, 18 nəfəri, o cümlədən “ekstremist” maddələrlə məhkum edilmiş 15 şəxsi azadlığa buraxmışdı. “Vyasna” İnsan...

Seçilmiş Videolar

Toplum TV loqo