AŞPA prezidenti: "Azərbaycan ən azından bəzi tanınmış siyasi məhbusları azadlığa buraxmalıdır"
pace.coe.int
Avropa Şurası Parlamentlər Assambleyasının (AŞPA) prezidenti Petra Bayr deyib ki, Azərbaycan bu qurumda təmsil olunmağa davam etmək istəyirsə, bəzi addımlar atmalıdır.
"İlk addım kimi yerinə yetirilməli olan bir sıra konkret tədbirlər var. Məsələn, AŞPA-nın azı 70 deputatının yer aldığı qara siyahıdan, heç olmasa, bəzi adlar çıxarılmalıdır. Mən də daxil olmaqla, həmin siyahıda olan şəxslərin – o cümlədən iki həmməruzəçidən birinin – Azərbaycana girişi qadağandır. Bu səbəbdən də, hətta dialoq və əməkdaşlıq istəsək belə, fiziki olaraq hərəkət etmək imkanımız yoxdur. Bildiyimə görə, bu problemi həll etmək üçün xeyli "səssiz diplomatiya" cəhdləri olub, amma bunların heç biri nəticə verməyib", - o, "Azadlıq Radiosu"na müsahibəsində deyib.
AŞPA prezidenti əlavə edib ki, Azərbaycan həm də "ən azından bəzi tanınmış siyasi məhbusları azadlığa buraxmalıdır".
"Biz bilirik ki, onlardan bəziləri, demək olar ki, heç bir əsas olmadan həbs olunublar. Ona görə də Azərbaycanın ilk növbədə bir neçə aydın siqnal verməsi və ümumi dəyərlərimizə qayıtmaq niyyətini ortaya qoyması vacibdir", - o qeyd edib.
AŞPA 2024-cü il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib. Növbəti illərdə isə Azərbaycan quruma nümayəndə heyəti göndərməkdən imtina edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”