Foto/kollaj: Toplum TV
Rusiyanın Baş Prokurorluğu Norveç Helsinki Komitəsini “arzuolunmaz təşkilat” kimi tanıyıb.
Bu barədə Dövlət Dumasının deputatı Andrey Luqovoy məlumat verib. Prokurorluq məhz onun müraciəti əsasında belə qərar qəbul edib.
“Bu təşkilat ölkəmizə qarşı bəzi indiki fəalların yaşından da uzun müddətdir fəaliyyət göstərir. Amma artıq onların da vaxtı bitib”, – deyə Luqovoy bildirib.
“Currenttime” yazır ki, qərar 2025-ci il iyunun 24-də qəbul olunub.
Deputat qeyd edib ki, Norveç Helsinki Komitəsi Ukraynada Rusiya hərbçiləri tərəfindən məhkəməsiz edamlar, işgəncələr, zorakılı aktları barədə saxta məlumatlar yayır, həmçinin Ukraynaya qarşı təcavüzkarlığın araşdırılması üçün xüsusi tribunalın yaradılmasına çağırış edir.
Onun fikrincə, təşkilat Rusiya hakimiyyətinin beynəlxalq məhkəməyə verilməsinə çalışır.
Norveç Helsinki Komitəsi 1977-ci ildə təsis olunub. Təşkilat 1975-ci ildə 35-dən çox dövlətin imzaladığı Helsinki Yekun Aktının prinsiplərinə əsaslanır. Bu prinsiplərə görə, insan hüquqlarına hörmət beynəlxalq sülhün və dövlətlərarası anlaşmanın əsas şərtidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
The White House
“Bloomberg”: Ukraynanın hücumları Rusiyada neft emalını son 20 ilin ən aşağı səviyyəsinə endirib
Zelensky / X
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib