Dünya

“Reuters”: Tramp İsrailə Xameneini öldürməməyi tapşırıb 

16 İyun, 2025
186

Foto: AP

ABŞ Prezidenti Donald Tramp İsrailin İran Ali lideri Ayətullah Əli Xameneini öldürmək planına veto verib. 

Bu barədə “Reuters” xəbər agentliyi ABŞ hökumətində təmsil olunan, adlarını açıqlamadığı rəsmilərə istinadən xəbər verib. 

Daha sonra “Associated Press” agentliyi və ABŞ-ın “CBS” telekanalı da anonim mənbələrə istinadən bu xəbəri yayıb. 

Xəbərdə deyilir ki, Tramp İsrail Baş naziri Benyamin Netanyahuya planın “yaxşı ideya” olmadığını deyib. 

Tramp xəbər barədə ictimaiyyətə açıqlama verməyib. 

Netanyahu isə ABŞ-ın “Fox News” telekanalına müsahibəsində xəbəri nə təsdiq, nə inkar edib: 

"Mən sizə deyə bilərəm ki, biz lazım olanı edəcəyik. Biz lazım olanı edəcəyik və düşünürəm ki, ABŞ özü üçün nəyin yaxşı olduğunu bilir və mən bu mövzuya toxunmaq istəmirəm”.

Adı açıqlanmayan İsrail rəsmisi “CBS”-ə bildirib ki, “prinsip etibarilə” İsrail “siyasi liderləri öldürmür, lakin onlar düşünməsin ki, nüvə proqramları ilə bağlı qərarlar verən kimsə sərbəst və rahat şəkildə yaşamalıdır.”

İsrail iyunun 13-ə keçən gecə İranın nüvə istehsalı müəssisələrinə zərbələr vurub və hərbi rəhbərliyindəki şəxsləri öldürüb. Cavab olaraq İran da Təl-Əviv və başqa şəhərləri raket atəşinə tutub. 

Qarşılıqlı raket atəşləri iyunun 16-a keçən gecə də davam edib. Hər iki ölkədə ölənlər arasında onlarla mülki şəxsin olduğu bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo