Bakı Özbəkistan prezidentini təhqir etməkdə ittiham olunan şəxsi Daşkəndə ekstradisiya edib
Foto: president.az
Azərbaycan Özbəkistan prezidentinin ünvanına təhqir və ya böhtan (Cinayət Məcəlləsinin 158-ci maddəsinin 3-cü bəndi) işi üzrə axtarışda olan 43 yaşlı Amonbek Yusupovu Daşkəndə ekstradisiya edib.
Bu barədə iyulun 25-də Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.
Yusupov 2025-ci ilin aprelində həbs edilib.
Prokurorluq bildirilib ki, Özbəkistan vətəndaşı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyaya uyğun olaraq ekstradisiya edilib.
"O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan səlahiyyətli orqanına təhvil verilib", - məlumatda deyilir.
2021-ci ilin martında Özbəkistan Cinayət Məcəlləsinin 158-ci maddəsinə prezidentə qarşı açıq təhqir və ya böhtana görə məsuliyyət müəyyən edən bənd əlavə edilib. Bu maddə üç ilədək müddətə islah işləri və ya azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
İyulun əvvəlində Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edib.
Onun mətbuat katibi Şerzod Əsədov bildirib ki, “səfər proqramı 2024-cü ildə müttəfiqlik səviyyəsinə yüksəlmiş Özbəkistan-Azərbaycan münasibətlərinin görünməmiş yüksək səviyyəsini əks etdirir”.
“Azadlıq Radiosu”nun özbək xidməti yazıb ki, 2024-cü ildən Azərbaycan prezidenti İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Daşkəndə “Sea Breeze Uzbekistan” istirahət mərkəzi tikmək üçün gəlməyə başlayıb. Bundan əvvəl Özbəkistan prezidentinin kürəkəni Bakıda öz fitnes klubunun ilk xarici filialını açıb.
Filial Əliyevlər ailəsinin məxsus “Crescent Mall” ticarət mərkəzində yerləşir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Açıq mənbə
Foto: Getty Images
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"