Siyasət

Makron: Fransa sentyabrda Fələstini dövlət kimi tanıyacaq

25 İyul, 2025
32

Foto: AP

Fransa BMT Baş Assambleyasının sentyabrda baş tutuacaq sessiyasında Fələstin dövlətini tanıyacaq. 

Bunu iyulun 24-də Fransa prezidenti Emmanuel Makron bildirib.

“Dərhal atəşkəs əldə olunmalı, bütün girovlar azad edilməli və Qəzza əhalisinə irimiqyaslı humanitar yardım göstərilməlidir. Həmçinin, HƏMAS-ın silahsızlaşdırılması, Qəzzada təhlükəsizlik və bərpa işləri təmin edilməlidir. Nəhayət, Fələstin dövləti qurulmalı, onun həyat qabiliyyəti təmin edilməlidir. Alternativ yoxdur”, – Makron “X” hesabında yazıb.

O, həmçinin, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasa ünvanladığı məktubun surətini paylaşıb. 

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ “Emmanuel Makronun Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir”. 

Bu məsuliyyətsiz qərar sadəcə HƏMAS-ın təbliğatına xidmət edir və sülh prosesini gecikdirir. Bu, 7 oktyabr hadisələrinin qurbanlarına qarşı təhqirdir”, – deyə o qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahu Makronun qərarını pisləyib. Onun sözlərinə görə, “belə bir addım terroru mükafatlandırır və Qəzzada olduğu kimi, daha bir İran marionetinin yaradılması riskini yaradır”

“Gəlin açıq danışaq: fələstinlilər İsrailin yanında dövlət istəmirlər,İsrailin yerində dövlət istəyirlər”.

Fələstin dövlətinin müstəqilliyini BMT-nin 193 üzvündən təxminən 150-si tanıyır, lakin ABŞ və İsrail onu dövlət kimi tanımır. 2012-ci ildən bəri Fələstin BMT-də müşahidəçi dövlət statusuna malikdir. 2024-cü ilin mayında isə BMT-nin Baş Assambleyası Fələstinin hüquqlarını genişləndirib və onu üzv qəbul etməyi dəstəkləyən səsvermə keçirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Aİ Azərbaycanın geosiyasi əhəmiyyətini dəyərlərindən üstün tutur”

25 İyul 2025

Foto: Açıq mənbə

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə gündəliyi yenidən başlama prosesindədir.  Bunu Azərbaycan prezidenti İlham Əliyev iyulun 19-da Şuşa Qlobal Media Forumunda deyib.  Əliyev bildirib ki, Aİ-nin icraçı qolu olan Avropa Komissiyası (AK) ilə “çətin anlar” olub, lakin Komissiyanın yeni rəhbərliyindən “müsbət mesajlar” alırlar. “Birmənalı olaraq, biz də müsbət cavab veririk”, - o qeyd edib.  Azərbaycanla Aİ arasında münasibətlər, iqtisadi əməkdaşlığı çıxmaq şərtilə, bu yaxınlaradək o qədər yaxşı olmayıb.  AK-nin keçmiş vitse-prezidenti Cozef Borel Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti üzvlərinin həbsinə görə bir neçə dəfə tənqid edib. Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ötən il COP29 ərəfəsində Azərbaycana gəlişində ölkədə insan hüquqları məsələsini gündəmə...
Siyasət

ABŞ və İsrail Qəzzada atəşkəs üçün danışıqlardan geri çəkiliblər

25 İyul 2025

Foto: Getty Images

ABŞ və İsrail Qəzza zolağında ərzaq böhranı və aclığın davam etdiyi vaxtda atəşkəs üçün danışıqlardan geri çəkilib.  ABŞ-nin Qətərin paytaxtı Dohada HƏMAS qruplaşması ilə danışıqlar aparan diplomat qrupunu geri çağırmasını prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff iyulun 24-də “X” səhifəsində xəbər verib.  Vitkoff bildirib ki, HƏMAS-ın danışıqlarda son cavabı “atəşkəsə nail olmaq istəyi olmadığını açıq şəkildə göstərib”. O əlavə edib ki, əvəzində ABŞ HƏMAS girovluğunda olan israillilərin “evlərinə qayıtması və Qəzza xalqı üçün daha sabit bir mühitin yaradılması üçün alternativ variantları nəzərdən keçirəcək”. Vitkoff bu alternativlər barədə ətraflı məlumat verməyib. Bunun ardınca İsrail də danışıqlar aparan...

Seçilmiş Videolar

Toplum TV loqo