Foto: Getty Images
ABŞ Konqresinin 90-a yaxın üzvü Qarabağ erməniləri üçün Dövlət katibi Marko Rubioya müraciət edib.
İyulun 23-də 87 üzvün imzaladığı müraciətdə Rubiodan "zorla didərgin salınmış ermənilərin Dağlıq Qarabağdakı ata-baba yurdlarına kollektiv, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək” üçün çalışması istənilir.
Müraciətdə Azərbaycanın 2023-cü ilin sentyabrındakı hərbi əməliyyatı nəticəsində 120,000-ə yaxın erməninin Qarabağdan didərgin düşdüyü, ardınca isə Qarabağdakı mədəni erməni irsinin, habelə mülki infrastrukturun ermənilərin qayıda bilməməsindən ötrü məhv olunduğu iddia olunur.
Qarabağdakı separatçı rejimin ombudsmanı olmuş Qeğam Stepanyan “Azadlıq Radiosu”nun erməni xidmətinə deyib ki, konqresmenlərin məktubu lobbi qurumu olan Amerika Erməni Milli Komitəsinin (ANCA) fəallığı sayəsində gerçəkləşib.
ABŞ Dövlət Departamenti və Azərbaycan Xarici İşlər Nazirliyi müraciətə hələki reaksiya verməyib.
Azərbaycan rəsmiləri daha əvvəl bildirib ki, Qarabağ erməniləri 2023-cü ilin sentyabrında zorla deyil, öz seçimləri ilə evlərini tərk ediblər və yalnız Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda qayıda bilərlər.
ABŞ prezidenti Donald Trampın administrasiyası isə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının yaxın olduğunu desə də, məhz Qarabağ erməniləri məsələsini qaldırmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Açıq mənbə
Foto: Getty Images
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"