Altı Aİ ölkəsi Rusiya neftinə qoyulan qiymət tavanını aşağı salmağa çağırır
nournews.ir
İsveç, Danimarka, Finlandiya, Latviya, Litva və Estoniya Avropa Komissiyasını G7-nin Rusiya nefti üçün 60 dollar səviyyəsində müəyyən etdiyi qiymət tavanını endirməyə çağırır (https://www.reuters.com/world/europe/six-eu-countries-call-lowering-g7-price-cap-russian-oil-2025-01-13/). Məqsəd Ukraynada müharibəni davam etdirən Moskvanın gəlirlərini azaltmaqdır.
"Neft gəlirlərinin azaldılmasına yönəlmiş tədbirlər həlledici əhəmiyyət daşıyır, çünki bu tədbirlər Rusiyanın ən mühüm gəlir mənbəyini məhdudlaşdırır" – altı ölkənin Avropa Komissiyasına müraciətində belə deyilir.
G7 ölkələri, Aİ, İsveçrə və Avstraliya Rusiya nefti üçün qiymət tavanını 2022-ci ilin dekabrında təsdiqləyib. Bu nefti müəyyən edilmiş 60 dollar/barel həddindən artıq qiymətə satan şirkətlərə nəqliyyat, sığorta və maliyyə xidmətləri göstərmək qadağandır. ABŞ və digər ölkələr tavan həddini aşan “kölgə donanması” şirkətlərinə qarşı sanksiyalar tətbiq edirlər.
“Reuters” xatırladır ki, tavanın həddi 2022-ci ilin sonundan bəri dəyişməyib, halbuki 2023-2024-cü illərdə bazarda qiymətlər orta hesabla 60 dollardan aşağı olub.
Avropa Komissiyasına müraciətdə həmçinin qeyd olunub ki, beynəlxalq neft bazarı hazırda 2022-ci ildəkindən daha yaxşı təmin olunub və bu, aşağı qiymət həddinin bazar şoku yaratmaq riskini azaldır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Zelenski və Makron Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə ediblər
Le Monde
Reuters
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?