Dünya

Gürcüstan prezidenti: “Trampla dəyərlərimiz eynidir”  

4 Fevral, 2025
73

AP

“Gürcü Arzusu” ABŞ-la münasibətlərin bərpası haqda danışmağa davam edir.

Hakim Gürcü Arzusu Partiyası tərəfindən Gürcüstanın altıncı prezidenti olaraq təsdiqlənmiş Mixail Kavelaşvili fevralın 4-də deyib ki, ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsindən sonra “dünyadakı psevdoliberal nizamda dəyişikliklər başlayıb”. 

"Dəyərlərimizin və dünyagörüşlərimizin üst-üstə düşməsi məndə dərin bir inam yaradır ki, yeni administrasiya dövründə biz ABŞ-la münasibətləri bərpa edə və normallaşdıra biləcəyik" - Kavelaşvili belə deyib.

Gürcüstanda 26 oktyabrda keçirilmiş parlament seçkilərindən sonra baş verənlərə bu günə kimi nə  Tramp özü, nə də onun administrasiyası münasibət bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya 30 günlük atəşkəs təklifini rədd edib - YENİLƏNİB

13 Mart 2025

Reuters

Rəsmi Moskva Ukrayna ilə müvəqqəti atəşkəs ideyasını rədd edir. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib. Onun fikrincə bu, Ukrayna hərbçilərinə müvəqqəti möhlət verməkdən və onların yenidən qruplaşmasına şərait yaratmaqdan başqa bir şey deyil. O, həmçinin Rusiyanın uzunmüddətli sülh nizamlanmasına can atdığını və Rusiya ilə ABŞ arasında normal fikir mübadiləsinin sakit şəkildə getdiyini bildirib. Uşakovun sözlərinə görə, ABŞ anlayıb ki, Ukraynanın NATO-ya üzvlüyündən söhbət gedə bilməz. **** Martın 13-ə keçən gecə Rusiya ordusu Ukraynanın Dnipropetrovsk bölgəsində yaşayış yerlərinə çoxsaylı dron hücumları edib.  Nəticədə mülki əhalidən yaralananlar var.  Hücum Ukrayna və ABŞ-ın Rusiyaya atəşkəs təklif etməsinə təsadüf edir.  Dnipropetrovsk regionunun hərbi...
Dünya

Gürcüstan əhalisinin yarıdan çoxu ərzaq almağa çətinlik çəkir

13 Mart 2025

OC-MEDİA

Gürcüstan əhalisinin yarıdan çoxu ərzaq almaqda çətinlik çəkir. Bu barədə Gürcüstanda mənzillənən Qafqaz Araşdırma Resursları Mərkəzinin 2024-cü ildə apardığı araşdırmada deyilir.  Araşdırma göstərir ki, sorğuda iştirak edən respondentlərin yarıdan çoxu son bir ildə ən az bir dəfə ərzaq almağa pulu olmadığını və ya borc almalı olduğunu deyib.  Mərkəzin statistikası göstərir ki, Gürcüstanda qida əlçatımlılığı problemi 2015-ci ildə 70%-dən 2021-ci ildə 50%-ə qədər düşüb. Buna baxmayaraq, o vaxtdan qida almağa imkanı çatmayan əhalinin faizi artıb və 2024-cü ildə 53% olub.  Problemin ümumilikdə ölkə üzrə yayğın olmasına baxmayaraq, Mərkəz göstərir ki, xüsusilə paytaxtdan kənarda yaşayanlar, etnik azlıqların nümayəndələri və uşaqlı ailələr bundan...

Seçilmiş Videolar

Toplum TV loqo