Dünya

Gürcüstan əhalisinin yarıdan çoxu ərzaq almağa çətinlik çəkir

13 Mart, 2025
211

OC-MEDİA

Gürcüstan əhalisinin yarıdan çoxu ərzaq almaqda çətinlik çəkir. Bu barədə Gürcüstanda mənzillənən Qafqaz Araşdırma Resursları Mərkəzinin 2024-cü ildə apardığı araşdırmada deyilir. 

Araşdırma göstərir ki, sorğuda iştirak edən respondentlərin yarıdan çoxu son bir ildə ən az bir dəfə ərzaq almağa pulu olmadığını və ya borc almalı olduğunu deyib. 

Mərkəzin statistikası göstərir ki, Gürcüstanda qida əlçatımlılığı problemi 2015-ci ildə 70%-dən 2021-ci ildə 50%-ə qədər düşüb. Buna baxmayaraq, o vaxtdan qida almağa imkanı çatmayan əhalinin faizi artıb və 2024-cü ildə 53% olub. 

Problemin ümumilikdə ölkə üzrə yayğın olmasına baxmayaraq, Mərkəz göstərir ki, xüsusilə paytaxtdan kənarda yaşayanlar, etnik azlıqların nümayəndələri və uşaqlı ailələr bundan əziyyət çəkirlər. Nümunə olaraq göstərilir ki, etnik azlıq nümayəndələri “son 1 ildə qida almaq probleminiz olubmu” sualına cavabda gürcülərdən 17 dəfə çox “hə” deməyə meyillidir. 

2014-cü ilin statistikasına görə, Gürcüstanda etnik azlıqlar əhalinin 13%-ni təşkil edir. Bunun 230 mindən çoxunu azərbaycanlılar, 170 minə qədərini isə ermənilər əhatə edir. Əlavə olaraq, Gürcüstanda ruslar, osetinlər, yezidilər, ukraynlar və assuriyalılar da yaşayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Həyat yoldaşı Navalnının zəhərlə öldürüldüyünü deyir

17 Sentyabr 2025

Foto: AFP

Ötən ilin fevralında Rusiyada həbsxanada ölən müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya siyasətçinin zəhərlənərək öldürüldüyünü iddia edib.  O bildirib ki, Navalnının tərəfdarları hələ 2024-cü ilin fevralında həyat yoldaşının nəşinin bioloji nümunələrini əldə edib ölkə xaricinə çıxarmağa nail olublar. “Ən azı iki ölkənin laboratoriyaları bu nümunələri müstəqil şəkildə yoxlayıb və bu nəticəyə gəlib ki, Aleksey zəhərlə qətlə yetirilib”, – o qeyd edib.  Navalnaya nümunələrin hansı ölkələrdə yoxlandığını açıqlamayıb.  “Mən bəyan edirəm ki, [Rusiya prezidenti] Vladimir Putin mənim ərim, Aleksey Navalnının qətlində günahkardır. Mən Rusiya kəşfiyyat orqanlarını qadağan edilmiş kimyəvi və bioloji silahlar hazırlamaqda ittiham edirəm. Tədqiqat aparan laboratoriyalardan onların...
Dünya

Belarusda daha 25 nəfər əfv edilib

17 Sentyabr 2025

Foto: Reuters

Belarus prezidenti Aleksandr Lukaşenko Milli Birlik Günü ərəfəsində daha 25 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb. Qərar 1994-cü ildən ölkəyə rəhbərlik edən Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında əldə olunan razılaşmanın bir hissəsi olaraq təsvir olunur.  “Belta” dövlət xəbər agentliyi xəbər verir ki, 12 qadın və 13 kişi sərbəst buraxılıb. Onların on doqquzunun yaşı 40-dan az olub və əksəriyyətinin uşaqları var.  Onların arasında "ekstremist" maddələrlə məhkum olunanlar da var.  Belarusda bir qayda olaraq siyasi fəalları bu maddələrlə təqib edirlər. Sentyabrın 11-də Belarusda 52 siyasi məhbus azadlığa buraxılıb. Onların arasında “Azadlıq Radiosu”nun jurnalisti İhar Losik və prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç də...

Seçilmiş Videolar

Toplum TV loqo