Dünya

Ermənistan Sarkisyanı və müxalif deputatları mühakimə etməyə hazırlaşır

13 Mart, 2025
183

açıq mənbədən götürülüb

Ermənistan hakimiyyəti keçmiş prezident Serj Sarkisyan, habelə parlamentin iki müxalif üzvünü ayrı-ayrılıqda mühakimə etməyə hazırlaşır. 

Martın 12-də ölkənin baş prokuroru parlamentə müraciət edib ki, iki deputatın toxunulmazlıq hüquqları götürülsün.

Məqsəd onlara qarşı cinayət işi üzrə ittiham irəli sürməkdir. 

Baş prokuror bildirib ki, müstəntiqlər deputatlardan biri, vaxtilə Baş nazir Nikol Paşinyanın partiyasından olan Hovik Ağazaryanı rüşvət və vəzifədən sui-istifadədə ittiham etmək istəyirlər.

Digər deputat, keçmiş Yerevan meri Taron Markaryan isə çirkli pulların yuyulması, vəzifədən sui-istifadə və bələdiyyə torpağının qanunsuz özəlləşdiriməsində təqsirləndiriləcək. 

Ötən ilin noyabrında Paşinyan aralarında Ağazaryanın da olduğu yeddi rəsmidən, konkret səbəblər göstərmədən postlarından istefa verməsini tələb edib.

Onlardan təkcə Ağazaryan baş nazirin tələbinə əməl etməyib və nəticədə partiya sıralarından qovulub.

Ağazaryan daha sonra öz partiyasının əsasını qoyub. 

Vaxtilə Paşinyanı hakimiyyətə gətirən 2018-ci ilin “Bənövşəyi inqilab”ının əsas

fiqurlarından olan Ağazaryan prokurorluğun ittihamlarını rədd edir.

Markaryan isə keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyasının üzvüdür. Onun özü ittihamlara hələ cavab verməyib.

Partiya isə bunu “siyasi repressiya” və qarşıdan gələn parlament seçkilərindən diqqəti yayındırmaq cəhdi adlandırır. 

Parlament baş prokurorun istəyi üzrə müraciətə martın 25-dəki iclasında baxacaq. 

Martın 12-i Sarkisyanın özünün də cinayət işi üzrə yenidən ittiham olunduğu məlum olub. 

Azadlıq Radiosunun erməni xidməti baş prokurorluğa istinadən məlumat verib ki, yanvar ayında keçmiş prezidentə qarşı çirkli pulların yuyulması və külli miqdarda mənimsəmə maddələrilə ittihamlar irəli sürüb. 

Bu iddialara görə, Sarkisyan 2005-ci ildə, müdafiə naziri ikən Yerevanın Yerablur

hərbi qəbiristanlığında dövlətə məxsus torpaqları özəlləşdirərək satıb.

Onun vəkili bu iddiaları yalan adlandırır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Azərbaycanın tikinti şirkəti Gürcüstanda körpünün uçmasında ittiham olunur 

13 Noyabr 2025

Foto: açıq mənbə

Gürcüstan dövləti aralarında Azərbaycanın "Akkord" tikinti şirkətinin nümayəndələri də olan beş nəfərə qarşı dələduzluq və mənimsəmə maddələri ilə ittihamlar irəli sürüb.  Onlar dövlət vəsaiti hesabına tikintisi həyata keçirilən körpünün uçmasında təqsirləndirilir.  Bunu Gürcüstanın Korrupsiya Cinayətləri ilə Mübarizə Departamentinin rəhbəri Malkaz Kapanadze mətbuat konfrasında açıqlayıb.  Təqsirləndirilənlər arasında Gürcüstanın Yollar Departamentinin sabiq sədr müavini Levan Kupataşvili də var. Ona qarşı mənimsəmədən əlavə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı da irəli sürülüb. Bu ittihamlar üzrə o, 11 ilədək azadlıqdan məhrum edilə bilər. Digər dörd nəfər arasında 2018-ci ildə Gürcüstanda dövlət müqaviləsini qazanmış “Akkord”un adları açıqlanmayan direktoru və iki layihə meneceri, həmçinin işlərə nəzarət edən beynəlxalq...
Dünya

Qazaxıstan parlamentinin aşağı palatası “LGBT təbliğatı”nı qadağa edən qanunu yekdilliklə qəbul edib

12 Noyabr 2025

Foto: açıq mənbə

Qazaxıstan parlamentinin aşağı palatası - Məclis noyabrın 12-də “Arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Sənədin mahiyyəti “pedofiliya və qeyri-ənənəvi seksual orientasiyanın təbliğini” qadağan edir və Rusiyada qəbul edilən analoji, “LGBT təbliğatı”nı yasaqlayan qanunun surəti hesab olunur. Rusiyada həmin qanun artıq yüzlərlə LGBT nümayəndəsinin ölkəni tərk etməsinə səbəb olub. Qanun layihəsi “uşaqların və yeniyetmələrin rəqəmsal məkanlardakı mənfi məzmundan qorunması ilə bağlı ictimai narahatlığın artması” ilə əsaslandırılıb. Bunu sənədi təqdim edən deputat Elnur Beysenbayev bildirib. Onun sözlərinə görə, dəyişikliklər “pedofiliya və qeyri-ənənəvi orientasiyanın ictimai məkanlarda təbliğini” qadağan edir və uşaqların hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil,...

Seçilmiş Videolar

Toplum TV loqo