Siyasət

Azərbaycan və Ermənistan sülh sazişinə razılaşıb?

13 Mart, 2025
221

açıq mənbədən götürülüb

Azərbaycanın xarici işlər naziri  Ceyhun Bayramov deyib ki, Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb.

Jurnalistlərə açıqlama verən nazirin sözlərinə görə, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib, APA yazır.

C.Bayramov hazırda Azərbaycanın əsas gözləntisinin  Ermənistanın konstitusiyasında dəyişiklik etməsi olduğunu qeyd edib.

“Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.

Sülh sazişi layihəsinin 17 maddədən ibarət olduğu bildirilir. İndiyədək saziş layihəsinin 15 maddəsi razılaşdırılmışdı.

Razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Taliban "əxlaqsızlığın qarşısını almaq üçün" internetə qadağa qoyub  

18 Sentyabr 2025

Foto: Getty Images

Taliban hökuməti sentyabrın 17-də Əfqanıstanın şimalındakı bir sıra bölgələrdə internetə girişin qadağan edildiyini elan edib.  Vilayət rəhbərlərinin açıqlamalarına görə, bu addım “əxlaqsız fəaliyyətlərin qarşısını almaq” məqsədi daşıyır. İslamçı hərəkat əvvəllər də pornoqrafiya və kişilərlə qadınlar arasında onlayn ünsiyyətlə bağlı narahatlığını ifadə etmişdi. Bu, Talibanın 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ almasından bəri ilk belə internet qadağasıdır. Qadağa ölkənin şimalında yerləşən Kunduz, Bədəxşan, Bağlan, Təhxar və Bəlx vilayətlərini əhatə edəcək.  Rəsmilərin sözlərinə görə, məhdudiyyət yalnız fiber-optik kabel vasitəsilə internet bağlantılarına şamil olunur. Bununla belə, mobil telefonların internetə çıxışı açıq qalacaq. Taliban ötən ilin sonunda uzun siyahıdan ibarət “əxlaq qaydaları”nı qanuniləşdirib. Bu qaydalar...
Siyasət

Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib

17 Sentyabr 2025

Foto: Toplum TV

“Meydan TV işi” ilə bağlı həbs edilən jurnalist, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhətində problem yaranıb. Ailəsinin Meydan TV-yə bildirməsinə görə, jurnalist mədə-bağırsağında yaranan problemə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Onun mədə xorasından əziyyət çəkdiyi bildirilir. Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir. 2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7...

Seçilmiş Videolar

Toplum TV loqo