Dünya

Los-Anceles ölənlərin sayı artır, yanğınsöndürənlər hakimiyyət orqanlarını günahlandırırlar

13 Yanvar, 2025
29

WXXI News

Los-Anceles ətrafındakı yanğınlarda ölənlərin sayı 24-ə çatıb. 16 nəfərin itkin düşdüyü bildirilir. 

İki böyük ərazidə - Paliseyds sahil bölgəsində və Pasadena qəsəbəsinin şimal-şərqində yanğın 153 kvadrat kilometr əraziyə yayılıb. Həftə ərzində birincini 11%, ikincisini 27% lokallaşdırmaq mümkün olub. Yanğının söndürülməsinə Meksikadan olanlar da daxil, 14 mindən çox yanğınsöndürən, 1400 yanğınsöndürən maşın və 84 təyyarə cəlb olunub.

"Sakit Okean-Paliseydsdə güclü yanğınlar davam edir və bu, sakinlər üçün son dərəcə təhlükəlidir. Elektrik yoxdur, su yoxdur, qaz xətləri kəsilib,  qeyri-sabit konstruksiyalar mövcuddur" - yanğınsöndürmə xidmətinin rəisi Kristin Krouli belə deyib.

Bundan başqa, rəsmilər xəbərdarlıq ediblər ki, külün tərkibində qurğuşun, arsen, asbest və digər zərərli maddələr ola bilər. Buna görə də sakinlərin geri qayıtmasına hələ də icazə verilmir, 150 min nəfərə evakuasiya olunmaq tapşırılıb. 

Pasadenadakı sığınacaq vəhşi heyvanlar da daxil olmaqla, yaralı heyvanları qəbul və müalicə etməyə davam edir.  Könüllülər axurlarda qalmış atları müvəqqəti sığınacaqlara toplayırlar.

Sinoptiklər bu həftə güclü quru küləklərin geri qayıdacağı barədə xəbərdarlıq edirlər, bu, yanğınla bağlı vəziyyəti daha da pisləşdirə bilər.  

Los-Ancelesin də yerləşdiyi Cənubi Kaliforniyaya may ayından bu yana cəmi 2,5 millimetr yağıntı düşüb.  Yanğınsöndürənlər Assosiasiyasının bildirdiyinə görə, artan temperatura və iqlim dəyişikliyinə görə yağışların azalması bölgədə yanğın mövsümünün erkən başlamasına, gec bitməsinə səbəb olur və az qala il boyu davam edir.

Bundan başqa, yanğınsöndürənlər yerli hakimiyyət orqanlarını təhlükəyə yaxşı hazırlaşmamaqda - az maliyyə ayırmaqda və hidrantlara su vurmamaqda günahlandırırlar.  Kaliforniyanın qubernatoru Gevin Nyusom artıq bununla bağlı araşdırma aparılmasına göstəriş verib.

Los-Anceles ətrafında keçən həftənin çərşənbə axşamından bəri davam edən yanğınlarda evlər, mağazalar, məktəblər, kilsələr və kitabxanalar da daxil, 12 mindən çox bina yanıb. Dəymiş zərər hələ ki rəsmi olaraq qiymətləndirilməyib, özəl "AccuWeather" şirkəti hesab edir ki, iqtisadi itkilər 150 milyard dolları keçə bilər.  

Yanğınların səbəbi hələ müəyyən edilməyib.  Nəzərdən keçirilənlər arasında qırılan elektrik naqilləri və qəsdən yandırma versiyaları da var.

Yanğından başqa, hakimiyyət talançılarla da mübarizə aparır. Polisin açıqlamasına görə, gündə ona yaxın şəxs həbs edilir, saxlanılanlardan ən azı ikisi özlərini yanğınsöndürən kimi təqdim ediblər. Yanvarın 10-da Milli Qvardiya qoşunları tərk edilmiş əmlakı qorumaq üçün Los-Ancelesə gedib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Zelenski və Makron Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə ediblər

14 Yanvar 2025

Le Monde

Ukrayna prezidenti Vladimir Zelenski və fransalı həmkarı Emmanuel Makron Ukrayna ərazisinə Qərb qoşunlarının yerləşdirilməsi məsələsini növbəti dəfə müzakirə ediblər. Bu barədə Zelenski özünün “Teleqram”dakı kanalında məlumat verib. "Mən bu gün Fransa prezidenti Emmanuel Makronla danışdım. Biz döyüş meydanındakı vəziyyəti və Ukrayna qoşunlarının Kursk əməliyyatında əldə etdiyi uğurları ətraflı müzakirə etdik. Biz Ukrayna ərazisinə qoşun yerləşdirilməsilə bağlı Fransanın təşəbbüsü də daxil, əsas müttəfiqlərlə sülh və təhlükəsizlik üçün effektiv təminatların işlənib hazırlanması barədə razılığa gəldik. Müzakirə etdiyimiz təminatlardan biri Fransanın Ukraynaya qoşun yeritmək təşəbbüsü idi. Biz bunu reallaşdırmağa imkan verəcək praktiki addımları, prosesdə mümkün genişlənməni və digər ölkələrin cəlb olunması məsələsini nəzərdən...
Dünya

Rusiya neftini daşıdığına görə limanlara buraxılmayan tankerlərin sayı artır

14 Yanvar 2025

Reuters

ABŞ-nin yeni sanksiyalarından sonra lövbər atmaq məcburiyyətində qalan tankerlərin sayı 65-ə çatıb. Bunlar Rusiya neftini daşıyan tankerlərdir.  Beş tankerin Çin sahillərində, yeddisinin Sinqapurda, digərlərininsə Baltik dənizində və Uzaq Şərqdə ilişib qaldığı bildirilir.  “Reuters” agentliyi bunu gəmi izləmə xidmətinin məlumatlarına istinadən yazıb. Xəbərdə həmçinin qeyd olunur ki, tankerlərin bəziləri İran limanlarında, digərləri isə Süveyş kanalı yaxınlığındadır. Ötən cümə Vaşinqton Rusiyanın ən böyük neft şirkətlərinə və Rusiya neftinin daşıyıcılarına qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər Rusiya neftini daşıyan “kölgə donanması” tankerlərinə də şamil edilir. “Reuters” analitiklərə istinadən yazır ki, dünya üzrə bütün tankerlərin 10%-i artıq sanksiyalar altındadır.

Seçilmiş Videolar

Toplum TV loqo