Dünya

İspaniya, İtaliya və Yunanıstan da Kiyevdəki səfirliklərini bağladılar

20 Noyabr, 2024
51

apa

ABŞ-ın ardınca İspaniya, İtaliya və Yunanıstan da noyabrın 20-də Kiyevdəki səfirliklərini bağladıqlarını  elan ediblər.

EFE agentliyinin xəbərinə görə, İspaniyanın diplomatik missiyası “Ukrayna ərazisində hava hücumları riski artdığına görə” noyabrın 20-də fəaliyyət göstərməyəcəyini bildirib.

Səfirlik Ukraynadakı ispanlara elektron məktub göndərərək onlara yerli hakimiyyət orqanlarının bütün tövsiyələrinə əməl etməyi və sığınacaqlara yaxın olmağı məsləhət görüb.

İtaliya səfirliyi noyabrın 20-də işini dayandıracağını rəsmi saytında qeyd edib.

Fəaliyyətini bir günlük dayandırdığını Yunanıstan səfirliyi də öz saytında bildirib:

"Təhlükəsizlik səbəbindən Yunanıstan səfirliyi bu gün ziyarətçilər üçün bağlı olacaq".

Ukrayna şəhərlərinin infrastrukturuna Rusiya qoşunlarının hücumu son həftələrdə yenə artıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

“Reuters”: Tramp İsrailə Xameneini öldürməməyi tapşırıb 

16 İyun 2025

Foto: AP

ABŞ Prezidenti Donald Tramp İsrailin İran Ali lideri Ayətullah Əli Xameneini öldürmək planına veto verib.  Bu barədə “Reuters” xəbər agentliyi ABŞ hökumətində təmsil olunan, adlarını açıqlamadığı rəsmilərə istinadən xəbər verib.  Daha sonra “Associated Press” agentliyi və ABŞ-ın “CBS” telekanalı da anonim mənbələrə istinadən bu xəbəri yayıb.  Xəbərdə deyilir ki, Tramp İsrail Baş naziri Benyamin Netanyahuya planın “yaxşı ideya” olmadığını deyib.  Tramp xəbər barədə ictimaiyyətə açıqlama verməyib.  Netanyahu isə ABŞ-ın “Fox News” telekanalına müsahibəsində xəbəri nə təsdiq, nə inkar edib:  "Mən sizə deyə bilərəm ki, biz lazım olanı edəcəyik. Biz lazım olanı edəcəyik və düşünürəm ki, ABŞ özü üçün nəyin yaxşı...
Dünya

İran cavab olaraq İsrailə yüzlərlə raket zərbəsi endirib

14 İyun 2025

Foto: Reuters

İran cavab olaraq iyunun 13-ü axşam saatlarında İsrailə doğru yüzlərlə ballistik raket atıb. “The Times of Israel” tibb işçilərinə istinadən xəbər verir ki,  təxminən 35 nəfər yaralanıb. Hücum yerli vaxtla 21:00 radələrində başlayıb. İlk zərbədən sonra İran İsrailə qarşı daha bir neçə atəş açıb.  Yerli vaxtla axşam saat 22:00 radələrində İsrailə zərbələrin üçüncü dalğası başlayıb. Raketlərin İsrail ərazisinə buraxılması ilə eyni vaxtda İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciət edib. O, digər məsələlərlə yanaşı, “Sionist rejim öz cinayətinin nəticələrindən zərərsiz qalmayacağını” vəd edib. İsrailin müdafiə naziri İsrael Katz deyib ki, İran mülki hədəflərə raketlər atmaqla "qırmızı xətləri" keçib. İyunun...

Seçilmiş Videolar

Toplum TV loqo