Dünya

Putinlə danışıqlara hazırlıq gedir – Trampın gələcək müşaviri 

13 Yanvar, 2025
23

açıq mənbədən götürülüb

ABŞ-ın seçilmiş prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı yaxın günlərdə və ya həftələrdə baş tuta bilər. 

Bunu “ABC News” kanalına müsahibəsində Trampın milli təhlükəsizlik üzrə müşavir seçdiyi konqresmen Mayk Uolts deyib.

"Biz görüşün dəqiq strukturunu hələ müəyyənləşdirməmişik, amma bunun üzərində işləyirik" - Ukrayna prezidenti Vladimir Zelenskinin görüşdə iştirak edib-etməyəcəyi barədə suala konqresmen belə cavab verib.

Uolts vurğulayıb ki, münaqişəylə bağlı razılıq əldə etmək üçün cəbhədə vəziyyətin sabitləşdirilməsi vacibdir. O deyib ki, Birləşmiş Ştatlar döyüşlərin istənilən an dayandırılmasını istəyir, bundan sonra danışıqlar üzərində iş başlaya bilər. 

"Hər şey diplomatik yolla bitməlidir" – Uolts belə söyləyib.

Konqresmen qeyd edib ki, Tramp Rusiyanı işğal etdiyi ərazilərdən, o cümlədən ilhaq edilmiş Krımdan tamamilə sıxışdırıb çıxarmaq planının real olmadığını bilir.

ABŞ-ın hazırkı prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalına bildirib ki, öz əraziləri barədə qərarları Kiyev özü qəbul etməlidir,  ABŞ və ya digər ölkələr bu məsələdə ona təzyiq etməməlidirlər, münaqişənin təkrarlanmaması üçün Ukrayna ilə bağlı sazişdə təhlükəsizlik təminatları olmalıdır.

Hələ ki Moskva və Kiyev Uoltsun dediklərini şərh etməyiblər.

Daha əvvəl Ukrayna prezidenti bəyan etmişdi ki, sülh danışıqlarına başlamaq üçün Moskva öz qoşunlarını 1991-ci il sərhədlərindən kənara çıxarmalıdır. Kremlsə hazırkı reallalıqların nəzərə alınmalı olduğunu bildirir.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Zelenski və Makron Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə ediblər

14 Yanvar 2025

Le Monde

Ukrayna prezidenti Vladimir Zelenski və fransalı həmkarı Emmanuel Makron Ukrayna ərazisinə Qərb qoşunlarının yerləşdirilməsi məsələsini növbəti dəfə müzakirə ediblər. Bu barədə Zelenski özünün “Teleqram”dakı kanalında məlumat verib. "Mən bu gün Fransa prezidenti Emmanuel Makronla danışdım. Biz döyüş meydanındakı vəziyyəti və Ukrayna qoşunlarının Kursk əməliyyatında əldə etdiyi uğurları ətraflı müzakirə etdik. Biz Ukrayna ərazisinə qoşun yerləşdirilməsilə bağlı Fransanın təşəbbüsü də daxil, əsas müttəfiqlərlə sülh və təhlükəsizlik üçün effektiv təminatların işlənib hazırlanması barədə razılığa gəldik. Müzakirə etdiyimiz təminatlardan biri Fransanın Ukraynaya qoşun yeritmək təşəbbüsü idi. Biz bunu reallaşdırmağa imkan verəcək praktiki addımları, prosesdə mümkün genişlənməni və digər ölkələrin cəlb olunması məsələsini nəzərdən...
Dünya

Rusiya neftini daşıdığına görə limanlara buraxılmayan tankerlərin sayı artır

14 Yanvar 2025

Reuters

ABŞ-nin yeni sanksiyalarından sonra lövbər atmaq məcburiyyətində qalan tankerlərin sayı 65-ə çatıb. Bunlar Rusiya neftini daşıyan tankerlərdir.  Beş tankerin Çin sahillərində, yeddisinin Sinqapurda, digərlərininsə Baltik dənizində və Uzaq Şərqdə ilişib qaldığı bildirilir.  “Reuters” agentliyi bunu gəmi izləmə xidmətinin məlumatlarına istinadən yazıb. Xəbərdə həmçinin qeyd olunur ki, tankerlərin bəziləri İran limanlarında, digərləri isə Süveyş kanalı yaxınlığındadır. Ötən cümə Vaşinqton Rusiyanın ən böyük neft şirkətlərinə və Rusiya neftinin daşıyıcılarına qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər Rusiya neftini daşıyan “kölgə donanması” tankerlərinə də şamil edilir. “Reuters” analitiklərə istinadən yazır ki, dünya üzrə bütün tankerlərin 10%-i artıq sanksiyalar altındadır.

Seçilmiş Videolar

Toplum TV loqo