azadlıq radiosu
Suriyada hakimiyyəti ələ keçirmiş “Heyəti Təhrir əl-Şam” (HTŞ) islamçı qruplaşmanın nümayəndəsi Kamal Ləbabidi “Financial Times” nəşrinə bildirib ki, Rusiya bir neçə gün ərzində bu ölkədən azı 400 hərbçisini çıxarıb (https://www.ft.com/content/6782dbd1-39cb-48b4-8b94-92925dbd60d5) .
Onun sözlərinə görə, ötən həftə Rusiya və HTŞ nümayəndələri arasında hərbi konvoyun Dəməşqdən Hmeymim aviabazasına təhlükəsiz keçməsilə bağlı danışıqlar olub. İddialara görə, təyyarələr əsgərləri Rusiyaya ordan aparır.
“Financial Times” 100-ə yaxın hərbi maşından ibarət karvanın Dəməşqdən çıxdığını əks etdirən video yayımlayıb. 2024-cü ilin əvvəlində Rusiyanın Suriyada 7,5 min hərbçisi olduğu təxmin edilir (https://www.bbc.com/russian/articles/ckg908ep477o).
Dünən – dekabrın 15-də Rusiya Xarici İşlər Nazirliyi Dəməşqdəki səfirlik əməkdaşlarının bir qisminin təxliyə etdiyini açıqlayıb.
Dekabrın 13-də Hmeymim aviabazasının peyk şəkilləri yayımlanıb (https://t.me/meduzalive/118534). Həmin şəkillərdə görünən nəqliyyat təyyarələrinin avadanlıqları aparmaq üçün orda olduğu ehtimal edilir.
Dekabrın 14-də “Reuters” agentliyi yazıb ki, Rusiya Suriyanın şimalından qoşunlarını çıxarır, amma hərbi bazalarını bu ölkədə saxlamağı planlaşdır (https://t.me/meduzalive/118570).
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: Reuters
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?