AP News
ABŞ prezidenti Donald Tramp deyib ki, Vladimir Putin Ukraynada müharibəyə son qoymağa razılıq verməməklə Rusiyanı “məhv edir”.
“O, müqavilə bağlamalıdır. Mən hesab edirəm ki, bunu etməməklə o, Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq” - Tramp Ağ Evdəki Oval kabinetində jurnalistlərə belə deyib (https://t.me/bbcrussian/75572).
“Onun işləri yaxşı getmir və bu onu sevindirə bilməz. [...] Çoxları müharibənin bir həftəyə bitəcəyini düşünürdülər, amma artıq üç ildir ki, davam edir” deyə, Amerika prezidenti əlavə edib.
Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişəyə son qoymaq üçün razılaşmaya hazır olduğuna inanır.
O, yaxın gələcəkdə Putinlə görüşməyi planlaşdırdığını deyib. Onun sözlərinə görə, artıq görüşə hazırlıq gedir.
“Biz bunu mümkün qədər tez etməyə çalışacağıq. Əslində, Rusiya ilə Ukrayna arasında müharibə ümumiyyətlə başlamamalıydı” - Tramp belə deyib.
Jurnalistlər Trampa xatırladıblar ki, seçki kampaniyası dövründə müharibəni vəzifədə olduğu ilk gün bitirəcəyini vəd edirdi. Tramp bunun üçün hələ yarım günün vaxtı olduğunu bildirib.
****
Dünən – yanvarın 20-də ABŞ-ın seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi olub və o, Amerikanın 47-ci prezidenti olaraq vəzifəsinin icrasına başlayıb.
İnaqurasiya mərasimi Vaşinqtondakı Capitoli binasında baş tutub. 1985-ci ildən bəri ilk dəfə tədbir pis hava şəraitinə görə qapalı yerdə keçirilib (https://www.bbc.com/russian/articles/c5yd44qvp0yo).
Tramp inaqurasiya mərasiminə sələfi Co Baydenlə eyni avtomobildə gəlib. Bundan əvvəl onlar xanımları Cil Bayden və Melaniya Trampla birlikdə Ağ Evdə ənənəvi çay süfrəsində toplaşıblar.
Dörd il əvvəl Tramp bu mərasimdən imtina etmiş və hətta Baydenin andiçmə mərasimində də iştirak etməmişdi. Amma Bayden üçün "ənənəyə hörmət etmək çox vacibdir" – köhnə administrasiyanın məmurlarından biri CNN-ə belə deyib.
Trampın inauqurasiya mərasimində keçmiş prezidentlər Bill Klinton və Corc Buş həyat yoldaşlarıyla, Barak Obama isə tək iştirak edib.
Tədbirə siyasətçilərlə yanaşı, “Apple”-ın baş direktoru Tim Kuk, “Amazon” və “Blue Origin” şirkətlərinin qurucusu Ceff Bezos, “Meta” platformasının həmtəsisçisi Mark Zukerberq və əlbəttə ki, Trampın tərəfdarı, “Tesla” və “SpaceX” kimi iri texnoloji şirkətlərin rəhbəri İlon Mask da qatılıblar. Bu şəxslər dünyanın ən zəngin adamları siyahısında ilk yerləri tuturlar.
Ənənəyə görə, iri korporasiyalar prezidentin andiçmə mərasimlərinə əhəmiyyətli miqdarda pul bağışlayırlar. “The Washington Post”-un məlumatına görə, Trampın inaqurasiya komitəsi 150 milyon dollardan çox vəsait toplayıb.
Mərasimdə iştirak edən ölkə rəhbərləri arasında İtaliyanın baş naziri Corcia Meloni və Argentina prezidenti Xavyer Miley də olub. Adətən, Amerika prezidentlərinin inaqurasiya mərasimlərinə xarici liderlər dəvət edilmir.
Mərasim ABŞ-ın nüfuzlu vaizlərindən biri, “Samaritan's Purse” xeyriyyəçi baptist təşkilatının rəhbəri Franklin Qrahamın duasıyla başlayıb.
Trampdan əvvəl birinci vitse-prezident J.D.Vens and içib. Amerika Birləşmiş Ştatlarının prezidenti öldükdə və ya istefa verdikdə onu birinci vitse-prezident əvəz edir. Belə hallarda yenidən inaqurasiya mərasimi keçirməmək üçün mərasimdə yeni seçilmiş prezidentlə birlikdə vitse-prezident də and içir.
Trampın andını ABŞ Ali Məhkəməsinin sədri Con Roberts qəbul edib. Ənənəyə uyğun olaraq əlində “İncil” tutmuş həyat yoldaşı Melaniya Tramp onun yanında dayanıb.
Daha sonra Tramp çıxış edib, tezliklə “tarixi xarakterli” bir sıra fərmanlar imzalayacağını bildirib.
O, ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edəcəyini, narkotik kartellərini terror təşkilatları elan edəcəyini, Meksika körfəzini Amerika Körfəzi adlandıracağını və “ABŞ-da yalnız iki cinsi – kişi və qadın cinslərini tanıyacağını” deyib.
“Amerikanın qızıl dövrü elə bu andan başlayır. Ölkəmiz dünyanın qalan hissəsinin həsəd aparacaq şəkildə çiçəklənəcək” deyə, Tramp əlavə edib.
Opera tenoru Kristofer Makkio ABŞ himnini ifa edəndən sonra Tramp Kapitolidəki xüsusi kabinetə gedib. Həmin dəqiqələrdə Co Bayden və ailəsinə məxsus əşyaları Ağ Evdən toplamağa başlayıblar.
Bayden və xanımı vertolyota minərək onları Vaşinqtondan aparacaq prezident təyyarəsinin olduğu yerə gediblər. Tramp və Vens onları yola salıblar.
Daha sonra Tramp səhnədə - tərəfdarları qarşısında ABŞ-ın Paris iqlim sazişindən çıxması barədə və sələfi Co Baydenin 78 sərəncamının ləğvi də daxil olmaqla, 10-a yaxın sərəncam imzalayıb. O, “Capital One Arena”-nı tərk etməzdən əvvəl tərəfdarlarına hələ çox belə sərəncam imzalamağa söz verib.
Ağ Evdəki Oval kabinetdə isə Tramp Kapitoliyə 2021-ci ilin yanvarındakı hücumda iştirak etmiş 1500-dən çox şəxsin əfv edilməsi barədə sərəncam imzalayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq məınbədən götürülüb
Açıq mənbədən götürülüb
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib