Dünya

Zelenski: “Biz öz ərazilərimizdən imtina edə bilmərik”

18 Dekabr, 2024
12

The Times

Ukrayna prezidenti Vladimir Zelenski Fransanın “Le Parisien” qəzetinin oxucularının suallarını cavablandırıb (https://t.me/bbcrussian/74304).

Müharibəni bitirmək üçün hansı kompromisləri mümkün sayması və “Krım və ya Donbasdan ən azı müvəqqəti imtina etməyə” hazır olub-olmaması barədə suala Zelenski belə cavab verib: “Biz öz ərazilərimizdən imtina edə bilmərik. Ukrayna Konstitusiyası bizə bunu qadağan edir. De-fakto həmin ərazilər Rusiyanın nəzarətindədir. Onları geri qaytarmağa gücümüz çatmır. Biz Putini danışıqlar masasına oturtmaq üçün beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilərik”.

Putinlə danışıqlar masasına oturmağa hazır olub-olmaması barədə suala isə Ukrayna prezidenti belə cavab verib: “Qarşımızda kimin oturması vacib deyil. Vacib olan danışıqlarda hansı mövqedən çıxış etməyinizdir. Mən bizim mövqeyimizin zəif olduğunu düşünmürəm, amma güclü mövqedə olduğumuzu da deyə bilmərik. Biz NATO-nun bir hissəsi olacağıqmı? Bilmirik. Biz Avropa Birliyinin bir hissəsi olacağıqmı? Bəli, gələcəkdə. Amma nə vaxt? İndiki şəraitdə Putinlə masa arxasında oturmaq ona bizim əvəzimizə qərar vermək hüququ tanımaqdır”.

Zelenski deyib ki, indi vacib olan məsələ fəaliyyət planı hazırlamaq və yalnız bundan sonra onu Rusiya prezidentinə təqdim etməkdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Cənubi Koreya prezidenti həbs oluna bilər

18 Dekabr 2024

Reuters

Cənubi Koreya prezidenti Yun Sok Yol hərbi vəziyyətin tətbiqi barədə qərarıyla bağlı ifadə verməyə getməyib. Onun barəsində həbs qərarı çıxarıla bilər (https://t.me/bbcrussian/74300). “Yonhap” agentliyinin verdiyi məlumata görə, dindirilmə bu gün yerli vaxtla saat 10-da başlamalı idi. Bu həftənin əvvəlində Yuna çağırış vərəqəsini təqdim etmək cəhdləri uğursuz olub, prezident ofisi sənədi qəbul etməkdən imtina edib. Antikorrupsiya İstintaq İdarəsinin rəhbəri O Don Un (Oh Dong-woon) çağırış vərəqəsinin qəsdən rədd edildiyini və cavab tədbirləri görəcəyini bildirib. Qurum prezidentin həbsi üçün məhkəmə qərarı tələb edə bilər. Dekabrın 14-də Cənubi Koreya parlamenti ölkədə dekabrın 3-də hərbi vəziyyət elan etdiyinə görə prezidentə impiçment elan edib. Qərar...
Dünya

Ukraynaya hərbi yardım prosesinin koordinasiyası ABŞ-dan NATO-ya keçdi

18 Dekabr 2024

CEPA

Ukraynaya hərbi yardım prosesinin koordinasiyası ABŞ-dan NATO-ya keçib (https://t.me/meduzalive/118745).  “Reuters” agentliyinə danışan mənbənin sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi “Ramştayn” qrupunun əvəzinə, artıq Kiyevə yardım prosesini alyansın Ukraynaya Dəstək və Təlim (NSATU) missiyası əlaqələndirəcək. Hərbçilər də daxil olmaqla, qrupda 700-ə yaxın adam çalışacaq. Missiyanın qərargahı Almaniyanın Visbaden şəhərində yerləşir. NATO-nun koordinasiyanı öz üzərinə götürmək planı 2024-cü ilin yayında açıqlanmışdı. Bu yolla alyans ölkələri Qərbin Kiyevə dəstək mexanizmini ABŞ-ın seçilmiş prezidenti Donald Trampın qərarlarından qorumağa çalışırlar. Hazırda ABŞ Ukraynaya ən böyük silah tədarükçüsü olaraq qalır, amma Tramp hərbi yardımın həcmini azalda bilər.      

Seçilmiş Videolar

Toplum TV loqo