Siyasət

İlham Əliyev: “Ermənistanın silahlanması prosesi sıçrayışla gedir; biz bu prosesi kənardan seyr edə bilmərik”

18 Dekabr, 2024
11

Trend

Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib. O, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahların Azərbaycan üçün praktiki təhlükə yaratdığını deyib. “Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik” – Əliyev belə deyib.

“Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma, təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir” deyə, prezident əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Jurnalistləri Müdafiə Komitəsi “AbzasMedia” jurnalistlərinə qarşı ittihamları ləğv etməyə çağırır

18 Dekabr 2024

Abzas

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini dekabrın 17-də məhkəmə araşdırması başlamış “AbzasMedia” jurnalistlərinə və “AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadəyə qarşı ittihamları ləğv etməyə çağırıb. ““AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadə və Azərbaycanın antikorrupsiya araşdırmaları üzrə ən tanınmış media orqanı “AbzasMedia”nın altı üzvünün məhkəməsi Azərbaycan hökumətinin ötən bir ildə ölkənin aparıcı müstəqil jurnalistlərinin böyük hissəsini həbs etmək üçün qisas xarakterli cinayət ittihamlarından istifadə etməsinin təcəssümüdür” - CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said belə deyib. Ötən ilin noyabr ayından etibarən “AbzasMedia işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı və Fərid Mehralızadə həbs ediliblər. Əvvəlcə...
Siyasət

İlham Əliyev: “Azərbaycan mediası heç 1 faiz də xaricdən maliyyələşə bilməz”

18 Dekabr 2024

açıq mənbədən götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” qurumuna verdiyi müsahibədə Cənubi Qafqazda sabitlik məsələsinə də toxunub; deyib ki, Azərbaycan Gürcüstanda sabit siyasi vəziyyətin olmasında maraqlıdır: “Əsrlər boyu xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayıb, ona görə də Gürcüstanda sabitliyin pozulması və ya pozulmasına cəhd  təhlükəsi Azərbaycan üçün olduğu kimi Gürcüstan üçün də zərərlidir. Yenə xarici təsirlər məsələsinə qayıdıram. Məlum olub ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir və bu təşkilatlarda işləyən və ya maaş alan adamların sayı on minlərlədir, hətta daha çoxdur. Amma biz bunu tənzimləmişik. Biz bilirik bu nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin...

Seçilmiş Videolar

Toplum TV loqo