Avropa Parlamentinin deputatları Azərbaycanda həbsdə olan jurnalistlərə və fəallara dəstək aksiyası keçiriblər
Toplum TV
Dekabrın 17-də Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanda həbsdə olan jurnalistlərə və fəallara dəstək aksiyası keçiriblər. Onlar Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı repressiyalara son qoymağa çağırıblar.
Bu gün Avropa Parlamentinin plenar iclasında “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar; Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV işləri” mövzusu üzrə müzakirələr keçiriləcək. Müzakirələrin yekunu olaraq dekabrın 19-da qeyri-icbari qətnamə layihəsi səsverməyə çıxarılacaq. Avropa Parlamenti aprelin 25-də və oktyabrın 24-də Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanskiyalar tətbiq etməyə çağıran qətnamələr qəbul edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Jurnalistləri Müdafiə Komitəsi “AbzasMedia” jurnalistlərinə qarşı ittihamları ləğv etməyə çağırır
Abzas
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Suriyada kim qalib gəldi?