Siyasət

Jurnalistləri Müdafiə Komitəsi “AbzasMedia” jurnalistlərinə qarşı ittihamları ləğv etməyə çağırır

18 Dekabr, 2024
8

Abzas

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini dekabrın 17-də məhkəmə araşdırması başlamış “AbzasMedia” jurnalistlərinə və “AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadəyə qarşı ittihamları ləğv etməyə çağırıb. ““AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadə və Azərbaycanın antikorrupsiya araşdırmaları üzrə ən tanınmış media orqanı “AbzasMedia”nın altı üzvünün məhkəməsi Azərbaycan hökumətinin ötən bir ildə ölkənin aparıcı müstəqil jurnalistlərinin böyük hissəsini həbs etmək üçün qisas xarakterli cinayət ittihamlarından istifadə etməsinin təcəssümüdür” - CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said belə deyib.

Ötən ilin noyabr ayından etibarən “AbzasMedia işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı və Fərid Mehralızadə həbs ediliblər. Əvvəlcə onlar Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) təqsirləndiriliblər, bu ilin avqust ayında ittihamlar ağırlaşdırılıb. Onlara Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq); 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil qrup tərəfindən cinayət gəlirlərinin leqallaşdırılması); 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq); 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) və 213.2.1-ci (qrup tərəfindən vergidən yayınma) maddələri üzrə də ittiham irəli sürülüb. Jurnalistlər bütün ittihamları rədd edirlər, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.

Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını, bütün hüquq və azadlıqların təmin edildiyini deyir.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

İlham Əliyev: “Azərbaycan mediası heç 1 faiz də xaricdən maliyyələşə bilməz”

18 Dekabr 2024

açıq mənbədən götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” qurumuna verdiyi müsahibədə Cənubi Qafqazda sabitlik məsələsinə də toxunub; deyib ki, Azərbaycan Gürcüstanda sabit siyasi vəziyyətin olmasında maraqlıdır: “Əsrlər boyu xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayıb, ona görə də Gürcüstanda sabitliyin pozulması və ya pozulmasına cəhd  təhlükəsi Azərbaycan üçün olduğu kimi Gürcüstan üçün də zərərlidir. Yenə xarici təsirlər məsələsinə qayıdıram. Məlum olub ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir və bu təşkilatlarda işləyən və ya maaş alan adamların sayı on minlərlədir, hətta daha çoxdur. Amma biz bunu tənzimləmişik. Biz bilirik bu nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin...
Siyasət

Əvəz Zeynallının həbs müddəti azaldıldı

18 Dekabr 2024

açıq mənbədən götürülüb

Dekabrın 18-də Ali Məhkəmədə “Xural TV”-nin təsisçisi Əvəz Zeynallı və “Sada TV”-nin rəhbəri Elnur Şükürovun kassasiya şikayətinə baxılıb. Zeynallı barəsində çıxarılmış 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 ay azaldıb. İşin digər fiqurantı, 4 il müddətinə həbs edilmiş Elnur Şükürovun cəzası isə 1 il azaldılıb. "Əvəz Zeynallı ittihamları rədd edib, jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirib. O xatırladıb ki, bir dəfə rüşvət ittihamı ilə həbs edilib, lakin Avropa Məhkəməsi bunu qanunsuz hesab edib" - Zeynallının vəkili Fəxrəddin Mehdiyev “Turan”a belə deyib.   Xatırlatma Əvəz Zeynallı 10 sentyabr 2023-cü il tarixində, rüşvət almaq ittihamıyla həbs edib. Sonradan ona qarşı CM-in 312.1.1-ci...

Seçilmiş Videolar

Toplum TV loqo