Siyasət

Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına ehtiyac yoxdur – İlham Əliyev

18 Dekabr, 2024
10

açıq mənbədən götürülüb

Azərbaycan prezidenti İlham Əliyev "Rossiya Seqodnya" mediaqrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq planları barədə mediada yazılanlar siyasi spekulyasiyadan başqa bir şey deyil: "Qısa desək, ehtiyac yoxdur. Zaman-zaman bu cür məlumatların müəyyən media qurumlarında yer aldığını nəzərə alaraq cavabımı bir az da genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur". O, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa bəyannaməsi xatırladıb; deyib ki, həmin sənəddə xarici təhdid və ya təcavüz halında qarşılıqlı hərbi yardım nəzərdə tutulur və bəyannamənin bu bəndi ölkə ərazisində daimi hərbi infrastruktur yaradılmasını gərəksiz edir. Əliyev bildirib ki, Türkiyə ilə 30 illik hərbi əməkdaşlıq Azərbaycan ordusunun modernləşdirilməsində böyük rol oynayıb, Ankara sayəsində Bakı hərbi əməliyyatlarında yüksək funksionallığa nail olub. Əliyev həmçinin qeyd edib ki, Azərbaycan Qarabağın bərpasında Rusiya şirkətlərinin iştirakına şad olardı. O, Cəbrayıl rayonunda ilk "Kamaz" serviz mərkəzinin açıldığını, Tatarıstanın Bakıda səfərdə olan başçısı Rüstəm Minnixanovla bilrlikdə həmin mərkəzin açılışında iştirak etdiyini deyib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Jurnalistləri Müdafiə Komitəsi “AbzasMedia” jurnalistlərinə qarşı ittihamları ləğv etməyə çağırır

18 Dekabr 2024

Abzas

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini dekabrın 17-də məhkəmə araşdırması başlamış “AbzasMedia” jurnalistlərinə və “AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadəyə qarşı ittihamları ləğv etməyə çağırıb. ““AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadə və Azərbaycanın antikorrupsiya araşdırmaları üzrə ən tanınmış media orqanı “AbzasMedia”nın altı üzvünün məhkəməsi Azərbaycan hökumətinin ötən bir ildə ölkənin aparıcı müstəqil jurnalistlərinin böyük hissəsini həbs etmək üçün qisas xarakterli cinayət ittihamlarından istifadə etməsinin təcəssümüdür” - CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said belə deyib. Ötən ilin noyabr ayından etibarən “AbzasMedia işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı və Fərid Mehralızadə həbs ediliblər. Əvvəlcə...
Siyasət

İlham Əliyev: “Azərbaycan mediası heç 1 faiz də xaricdən maliyyələşə bilməz”

18 Dekabr 2024

açıq mənbədən götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” qurumuna verdiyi müsahibədə Cənubi Qafqazda sabitlik məsələsinə də toxunub; deyib ki, Azərbaycan Gürcüstanda sabit siyasi vəziyyətin olmasında maraqlıdır: “Əsrlər boyu xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayıb, ona görə də Gürcüstanda sabitliyin pozulması və ya pozulmasına cəhd  təhlükəsi Azərbaycan üçün olduğu kimi Gürcüstan üçün də zərərlidir. Yenə xarici təsirlər məsələsinə qayıdıram. Məlum olub ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir və bu təşkilatlarda işləyən və ya maaş alan adamların sayı on minlərlədir, hətta daha çoxdur. Amma biz bunu tənzimləmişik. Biz bilirik bu nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin...

Seçilmiş Videolar

Toplum TV loqo