Dünya

Tramp: Gərək deyərdim Nobel Sülh Mükafatını mənə versin

11 Oktyabr, 2025
78

Foto: açıq mənbədən götürülüb

ABŞ prezidenti Donald Tramp özünün də namizədliyinin irəli sürüldüyü, lakin qazanmadığı Nobel Sülh Mükafatı haqda danışıb. 

Oktyabrın 10-da Ağ Evdə jurnalistlərə danışan Tramp bildirib ki, mükafatın bu ilki laureatı, venesuelalı müxalifət lideri Mariya Korina Maçado ona zəng edib və mükafatı ona həsr etdiyini deyib. 

"Daha demədim ki, onda mənə ver mükafatı. Gərək deyərdim. Məncə desəm, verərdi, çünki çox nəzakətli idi", - o zarafatla əlavə edib.

Lakin prezident yenə də mükafatı özünün qazanmamasından gileylənib. O, bu ilin yanvarında vəzifəsinə başlayandan bəri səkkiz müharibəni dayandırdığını iddia edib. 

Maçado "X" səhifəsində də mükafatı Venesuela xalqına və Trampa həsr etdiyini qeyd edib. 

"Biz qələbə astanasındayıq və bu gün, hər zamankından daha çox, azadlıq və demokratiyaya nail olmaq üçün əsas müttəfiqlərimiz kimi Prezident Trampa, Amerika Birləşmiş Ştatlarının xalqına, Latın Amerikası xalqlarına və dünyanın demokratik dövlətlərinə arxalanırıq", - o yazıb. 

2025-ci il Nobel Sülh mükafatı venesuelalı siyasətçi və insan haqları fəalı Mariya Korina Maçadoya təqdim olunub.

Nobel Komitəsinin məlumatına görə, Maçado bu mükafata “Venesuela xalqının demokratik hüquqları uğrunda yorulmaz mübarizəsinə görə” layiq görülüb.

Qalibin adı oktyabrın 10-da Oslodakı Norveç Nobel İnstitutunda açıqlanıb. Bu il Sülh mükafatına ümumilikdə 338 namizədin adı təqdim olunmuşdu.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Madaqaskar prezidenti etirazlardan sonra ölkəni tərk edib 

14 Oktyabr 2025

Foto: AP

Madaqaskarın prezidenti etirazlar fonunda ölkədən qaçıb.  Bunu ölkənin müxalifət lideri və rəsmilər oktyabrın 13-də bildirib.  Bu, son həftələrdə Nepaldan sonra dünya miqyasında “Z nəsli  etirazları"nın ikinci dəfə bir hökuməti devirməsi deməkdir.  Müxalifətin parlamentdəki lideri Siteni Randrianasoloniaiko “Reuters”ə bildirib ki, prezident Andri Rajuelina oktyabrın 12-də ordunun bəzi qoşunlarının etirazçılara qoşulmasından sonra Madaqaskarı tərk edib. “Biz prezident administrasiyasının əməkdaşları ilə əlaqə saxladıq və onlar onun ölkəni tərk etdiyini təsdiqlədilər”, – Randrianasoloniaiko deyib.  Müxalifət lideri əlavə edib ki, Rajuelinanın hazırkı yeri məlum deyil. Oktyabrın 13-ü gecə “Facebook” vasitəsilə xalqa müraciətində Rajuelina "həyatını qorumaq üçün təhlükəsiz bir yerə getməyə məcbur qaldığını" bildirib. O, harada...
Dünya

Nobel mükafatçısı Paşinyana müxalif hərəkata qoşulub

14 Oktyabr 2025

Foto: açıq mənbədən götürülüb

İqtisadiyyat üzrə Nobel mükafatçısı Daron Acemoğlu Ermənistan baş naziri Nikol Paşinyana müxalif olaraq yaradılmış hərəkata qoşulub.  "Bizim Yol" adlanan, Ermənistanda həbsdə olan milyarder Samvel Karapetyan tərəfindən yaradılan hərəkat Acemoğlunun iqtisadi məsləhətçi kimi qoşulduğunu açıqlayıb.  Hərəkatın koordinatoru Narek Karapetyan Acemoğlunun hərəkatın milli inkişaf strategiyasını formalaşdıracaq işçi qrupunda iştirak edəcəyini mətbuata təsdiqləyib və bunu “Ermənistan iqtisadiyyatını müasir əsaslar üzərində yenidən qurmaq üçün mühüm tərəfdaşlıq” adlandırıb.  Türkiyə ermənisi olan Acemoğlu ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun professoru və dünyanın ən nüfuzlu iqtisadçılarından biridir.  O, 2024-cü ildə həmkarları Ceyms Robinson və Saymon Conson ilə birlikdə “rifahın mənşəyi və inkişafın siyasi iqtisadiyyatı” mövzusundakı araşdırmalarına görə Nobel İqtisadiyyat...

Seçilmiş Videolar

Toplum TV loqo