Siyasət

Tofiq Yaqublu müalicə müəssisəsinə köçürülüb

27 Aprel, 2025
68

açıq mınbədən götürülüb

27 gündür aclıq edən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu aprelin 27-də Petiensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. 

Həkim Adil Qeybulla "Facebook" səhifəsində yazıb ki, aprelin 26-da Umbakı qəsəbəsində saxlandığı təcridxanada Yaqublunu növbəti dəfə müayinə edib. 

"Aclığın 26-cı gününü, yaşını, yanaşı xəstəliklərini nəzərə alaraq ətraflı müayinələr aparmaq üçün Tofiq Yaqublunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə keçirilməsi məsləhət görüldü. Hal-hazırda müalicə müəssisəsinə yerləşdirilib, sabahdan ətraflı müayinələr davam etdiriləcək", - o bildirib. 

Yaqublunun qızı Nigar Həzi bildirib ki, atası evə zəng edərək müəssisəyə köçürüldüyünü təsdiqləyib. 

Həkim Yaqublunun səhhəti ilə bağlı isə yazıb ki, onun ümumi durumu  keçirdiyi aclıq aksiyasına uyğundur. 

"Halsızlıq, ümumi zəiflik, yuxu pozuntusundan şikayət edir. Huşu aydındır. Su-elektrolit balansına dəstək və detoksikasiya məqsədilə  qidalandırıcı tərkibi olmayan venadaxili infuziya aparıldı. İnfuziya ağırlaşmasız keçdi", - o əlavə edib. 

Həzi daha öncə qeyd etmişdi ki, atası 14 kq-dan çox çəki itirib. 

Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, aprelin 1-dən azadlığa buraxılması üçün aclıq aksiyası keçirir.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Məhkəmədəki çıxışından sonra Akif Qurbanova zəng məhdudiyyəti qoyulub

25 Aprel 2025

ResPlatforma

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanovun ailəsinə zəng etməsinə məhdudiyyət qoyulub. Bunu Toplum TV-yə onun yaxınları deyib. Yaxınları bildirir ki, bu gün Qurbanovun onlara zəng günü idi, amma buna icazə verilməyib. Bu məhdudiyyətin səbəbi kimi onun və digər təqsirləndirilən şəxslərin aprelin 24-də “Toplum TV işi” üzrə baş tutan məhkəmə prosesindəki sərt çıxış etmələri ehtimal olunur. Prosesdə təqsirləndirilənlər prezident İlham Əliyevin şahid kimi dindirilməsini və Baş prokurorun ittihamları sübut etməsini istəmişdilər. “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid...
Siyasət

Helsinki Komitəsi: “Tofiq Yaqublu dərhal azad edilməlidir”

25 Aprel 2025

sosial media

Norveç Helsinki Komitəsi (NHK) həbsinə etiraz olaraq 25 gündür aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqublu ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edib. Bu barədə beynəlxalq insan haqları təşkilatının "Facebook" hesabında bildirilib. Təşkilat Yaqublunun adekvat, müstəqil tibbi yardımla təmin edilməsinə və onun dərhal azad edilməsinə çağırıb. Qurum T. Yaqublunun 2023-cü ilin dekabrından təcridxanada saxlanıldığını və onun siyasi motivli ittihamlarla 9 il azadlıqdan məhrum edildiyini qeyd edib. “Bu çox ciddi və narahatlıq doğuran vəziyyətdir. Tofiq Yaqublunun uzun müddətli aclıq aksiyası sağlamlığı və həyatı üçün böyük təhlükə yaradır. Bu həbs və onun dinc fəaliyyətinə qarşı illərlə davam edən təzyiqlər beynəlxalq insan haqları prinsiplərinı ziddir”,...

Seçilmiş Videolar

Toplum TV loqo