Dünya

Ukraynanın keçmiş prezidentinə 15 il həbs cəzası verilib

28 Aprel, 2025
18

açıq mənbədən götürülüb

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.

Eyni zamanda Kiyevin Podolsk Rayon Məhkəməsi Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Konstantin Kobzara da eyni qaydada 10 il həbs cəzası verib.

Viktor Yanukoviç şəxslərin Ukraynanın dövlət sərhədindən qanunsuz keçirilməsini təşkil etmə və fərariliyə sövq etmə, Konstantin Kobzar isə şəxslərin Ukraynanın dövlət sərhədindən qanunsuz keçirilməsi və fərariliyin təşkili maddələrində təqsirli bilinib.

İstintaqın məlumatına görə, 2014-cü il fevralın 23-də Yanukoviç keçmiş təhlükəsizlik rəisi və Rusiya nümayəndələri ilə razılaşdırılaraq, özü və digər şəxslər üçün Ukraynadan qanunsuz qaçış təşkil edib.

Onlar Rusiya Silahlı Qüvvələrinin pilotunun nəzarəti altında üç hərbi helikopterlə Donetsk vilayətinin hərbi aerodrom istiqamətində havaya qalxıblar.

Bir müddət qaldıqdan sonra isə Krım hərbi aerodromuna yollanıblar. Daha sonra eks-prezident Ukraynanı həmişəlik tərk etmək qərarına gəlib.

O, Rusiya hərbçiləri tərəfindən dəniz yolu ilə Krımdan təxliyə edilib.

İddia olunur ki, bu, birbaşa Rusiya prezidenti ilə razılaşdırılıb.

Şəxslər ədalət mühakiməsindən gizləndikləri üçün işə qiyabi (təqsirləndirilən şəxsin iştirakı olmadan) xüsusi məhkəmə icraatı proseduru ilə baxılıb.

Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti olub. 2014-cü ilin fevralında o, kəskin siyasi böhran və Avromaydan nümayişçilərinə atışma fonunda ölkədən qaçıb.

2019-cu ilin yanvarında Kiyev məhkəməsi onu dövlətə xəyanətdə və təcavüzkar müharibənin başlamasına kömək etməkdə ittiham edərək qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edib.

Hökmdən apellyasiya şikayəti verilib və o qanuni qüvvəyə minməyib.

Rusiyadan sığınacaq almış keçmiş prezidentin özü ittihamları qəti şəkildə rədd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Tacikistan və Özbəkistan vətəndaşlarına ümrə ziyarəti çətinləşdirildi

28 Aprel 2025

açıq mınbədən götürülüb

Tacikistan və Özbəkistan vətəndaşları Səaudiyyə Ərəbistanına turizm və ya ümrə ziyarəti üçün elektron viza ala bilməyəcək. Səudiyyə Ərəbistanı hökuməti bu ölkənin vətəndaşlarını elektron turizm vizası almaq hüququndan məhrum edib. Dövlətin rəsmi eVisa portalı vasitəsilə təqdim edilən elektron vizalar turist səfərləri və kiçik zəvvarlıq (ümrə) üçün nəzərdə tutulurdu. Hazırda Tacikistan və Özbəkistan vətəndaşlarının bu xidmətdən niyə istifadə edə bilmədikləri barədə rəsmi açıqlama verilməyib. Məlumata görə, bu məhdudiyyətlər Məkkə və Mədinəyə ziyarətə nəzarətin sərtləşdirilməsi ilə əlaqələndirilə bilər. Yeni qərara görə, 2025-ci il 29 apreldən etibarən hər iki şəhərə yalnız xüsusi zəvvar vizası ilə giriş mümkün olacaq.  Turist vizalarından dini ziyarətlər üçün istifadə...
Dünya

Tramp: “Zelenski Krımdan əl çəkəcək”

28 Aprel 2025

Reuters

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə sülh razılaşmasının tərkib hissəsi olaraq Krımdan əl çəkəcəyini deyib.  O, bunu aprelin 27-də Vatikanda Papa Fransiskin dəfnindən qayıdarkən jurnalistlərdən birinin sualına cavabında deyib.  “Krım 12 il əvvəl Obamanın vaxtında olmuş söhbətdir. Bir güllə belə atılmadan [Rusiyaya] təhvil vermişdilər. Məndən Krımı soruşmayın. Gedin Obama və Baydendən soruşun”, - Tramp əlavə edib.  ABŞ prezidenti Vatikanda Zelenski ilə keçirdiyi qısa görüşdən də danışıb. O görüşün yaxşı keçdiyini, Krımın isə qısa müzakirə olunduğunu qeyd edib. Tramp deyib ki, ukraynalı həmkarı fevralda Ağ Evdə keçirdikləri, mübahisə ilə sonlanan görüşlə müqayisədə “daha təmkinli” olub.  Tramp daha öncə...

Seçilmiş Videolar

Toplum TV loqo