Dünya

Vens İsrailə: "Yeganə müttəfiqiniz Trampdır, ona hücum etməyin"

19 İyun, 2026
41

Getty Images

ABŞ vitse-prezidenti Ceyms Vens İranla anlaşmaya görə prezident Donald Trampı tənqid edən İsrail hökuməti üzvlərinə xəbərdarlıq edib. 

İyunun 18-də Ağ Evdə mətbuat konfransı keçirən Vensdən jurnalistlərdən biri İsrail baş naziri Benyamin Netanyahunun ABŞ-İran memorandumu ilə bağlı narazılıq edib-etmədiyini soruşub. 

Vens Netanyahudan belə bir narazılıq eşitmədiyini deyib, lakin Trampı və anlaşmanı tənqid edən digər israilli hökumət üzvlərinə müraciət edib. 

"Onlara iki mesajım olardı. Birincisi, Donald Tramp hazırkı dövrdə bütün dünyada İsrail dövlətinə rəğbət bəsləyən yeganə dövlət başçısıdır. Əgər mən İsrail hökumətinin kabinetində olsaydım, bütün dünyadakı yeganə güclü müttəfiqimə hücum etməzdim", - o qeyd edib. 

Vitse-prezident həmin kabinet üzvlərinə İsraili qoruyan müdafiə xarakterli silahların üçdə ikisinin “Amerikada istehsal edildiyini və amerikalı vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirildiyini” xatırladıb. 

Vens eyni gündə "The New York Times" qəzetinə müsahibəsində də israilli nazirləri tənqid edib. 

"Tam olaraq nə təklif edirlər? Siz 9 milyon əhalisi olan bir ölkəsiniz. Qarşılaşdığınız hər bir milli təhlükəsizlik problemini sadəcə öldürərək həll edə bilməzsiniz. İsraildəki bütün bu təşviş mənə bir qədər qəribə gəlir, çünki düşünürəm ki, bunun kökündə etimadsızlıq dayanır. Mən hesab edirəm ki, Amerika həmin regionun etimadını qazanıb", - Vens bildirib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir "X" səhifəsində Vensin açıqlamalarına cavab verərək belə deyib:

“Budur təklif: XXI əsrin nasistləri ilə ABŞ-nin XX əsrin nasistləri ilə davrandığı kimi davranmaq.”

Vensin iyunun 18-dəki çıxışından sonra Tramp sosial şəbəkədə paylaşım edərək Yaxın Şərqdəki bütün tərəfləri danışıqların davam etməsinə sadiq qalmağa çağırıb. 

“Biz Livan, "Hizbullah" və İsrail də daxil olmaqla bütün cəbhələrdə tam atəşkəs gözləyirik”, - Tramp yazıb.

Netanyahu ABŞ-İran memorandumunu birbaşa tənqid etməyib, lakin ölkəsinin Livanın cənubunu işğal altında saxlamağa davam edəcəyini bildirib. 

ABŞ İsrailə hər il təxminən 4 milyard dollar dəyərində hərbi yardım göstərir, lakin hazırda iki ölkə yeni yardım sazişi üzrə danışıqlar aparır.

İyunun 17-də ayrı-ayrılıqda ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən anlaşma memorandumu imzalanıb. 

14 bənddən ibarət olan razılaşmada tərəflər növbəti 60 gün ərzində yekun sülh sazişinin imzalanması üçün danışıqları davam etdirməklə bağlı öhdəlik götürüblər. 

Sənəddə Livan da daxil olmaqla bütün cəbhələrdə atəşkəs, İranın Omanla Hörmüz boğazının taleyi barədə danışıqlar aparması, İrana 300 milyard dollar dəyərində maliyyə, İrana qarşı sanksiyaların dayandırılması kimi maddələr yer alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Makron:”Tramp Ukraynadakı müharibə ilə bağlı fikrini dəyişib”

19 İyun 2026

AFP

Fransa prezidenti Emmanuel Makron deyib ki, ABŞ prezidenti Donald Tramp 15-17 iyun tarixlərində Fransanın Evian şəhərində keçirilən “Böyük Yeddilik” (G7) sammitindən sonra Ukraynadakı müharibə ilə bağlı fikrini dəyişib. Makron bunu “France 24” telekanalına müsahibəsində bildirib. “O, Fransaya Ukraynanın uduzacağını düşünərək gəlmişdi. Amma fikrini dəyişdi. O, həmçinin gördü ki, Rusiya öz öhdəliklərini yerinə yetirmir. Bu G7 sammitində həqiqətən də münasibətdə dəyişiklik baş verdi”, - deyə Makron bildirib. “Politico” nəşri yazırdı ki, Donald Trampın mövqeyinə Ukrayna prezidenti Volodimir Zelenskinin ona göstərdiyi fotolar təsir etmiş ola bilər. Həmin fotolarda  iyunun 15-i gecə saatlarında Rusiyanın hücumundan sonra alov içində qalan Kiyev-Peçersk Lavrası əks olunurdu....
Dünya

“Bloomberg”: ABŞ Müctəba Xameneinin qlobal maliyyə şəbəkəsini araşdırır

18 İyun 2026

Reuters

ABŞ Ədliyyə Nazirliyi İranın ali lideri Müctəba Xameneinin “Wall Street” bankları ilə əlaqələri olduğu bildirilən qlobal investisiya portfelini necə formalaşdırdığını araşdırır. Bu barədə “Bloomberg” məsələ ilə birbaşa tanış olan dörd rəsmiyə istinadən məlumat yayıb. Məlumata görə, istintaq çirkli pulların yuyulması və korrupsiya iddialarını əhatə edir. Araşdırma çərçivəsində ABŞ-nin “JPMorgan Chase” və “Citigroup” kimi maliyyə institutlarının Xameneinin nəzarətində olduğu iddia edilən şirkətlər arasında iri həcmli vəsait köçürmələrinə vasitəçilik edib-etmədiyi də yoxlanılır. “Bloomberg” yazır ki, müstəntiqlər ABŞ-dəki müxbir bankların rolunu, eləcə də maliyyə axınlarının Xamenei şəbəkəsi ilə əlaqəli olmasına baxmayaraq həyata keçirilməsinə imkan vermiş ola biləcək yoxlama mexanizmlərindəki boşluqları araşdırırlar. Hesabatda vurğulanır...

Seçilmiş Videolar

Toplum TV loqo