Vensin istəyindən sonra Zelenski bəzi neft tankerlərinə PUA zərbələrini dayandırıb
president.gov.ua
ABŞ-nin vitse-prezidenti Ceyms Vens Ukraynadan Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ilə əlaqəli obyektlərə PUA zərbələrini dayandırmağı istəyib. Bu məsələni o, Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında qaldırıb.
Bu barədə “Financial Times” məlumat yayıb.
Qəzetin məlumatına görə, Vensin bu tələbi iyulun 31-də səsləndirilib və bundan sonra Kiyev Rusiya limanından istifadə edən, lakin Rusiya şirkətlərinə məxsus olmayan gəmilərə zərbələri dayandırmağa razılaşıb.
ABŞ administrasiyası hesab edir ki, bu hücumlar qlobal neft bazarında sabitliyi poza və ABŞ şirkətlərinin maraqlarına zərər vura bilər. CPC vasitəsilə əsasən Qazaxıstan nefti daşınır və konsorsiumda “Chevron” və “ExxonMobil” kimi ABŞ şirkətlərinin də böyük payları var.
“Financial Times”-ın məlumatına görə, Ukrayna CPC infrastrukturu və Novorossiyskə gedən qeyri-Rusiya tankerlərinə zərbə endirməməyə razılaşıb. Bunun üçün gəminin Ukrayna tərəfindən sanksiyaya məruz qalmaması, Rusiya yükü daşımaması və Rusiya fiziki və ya hüquqi şəxslərinə məxsus olmaması şərtləri nəzərə alınır.
Kiyev bu addımı “Patriot” Hava Hücumundan Müdafiə sistemləri üçün raketlərin istehsalına və alınmasına ABŞ lisenziyası əldə etmək ümidləri fonunda atıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib