İqtisadiyyat

Azərbaycanda ərzaq təhlükəsizliyinin vəziyyətiylə  bağlı sənəd hazırlandı

18 Mart, 2021
2503

IDI

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda ərzaq təhlükəsizliyinin vəziyyətiylə  bağlı sənəd hazırlayıb.

Tədqiqatın ilk bölməsində “ərzaq təhlükəsizliyi” anlayışına nəzəri yanaşma, bu problemin həlli ilə bağlı metodoloji məsələlər araşdırılıb.

Araşdırmanın 2-ci bölməsində isə  Azərbaycanın buğda ilə təminatının mövcud vəziyyəti statistik olaraq təhlil edilir.

Bu sahədəki mövcud vəziyyət  sənəddə infoqrafika və cədvəllər vasitəsilə, aşağıdakı istiqamətlər üzrə təsvir edilib:

-      Azərbaycanın özünü buğdayla təminetmə səviyyəsi;

-          buğda idxalına dair statistik göstəricilər;

-          buğda idxalının coğrafiyası;

-          illik buğda ehtiyatlarının həcmi;

-          buğda istehlakının strukturu;

-          buğda istehlakının məqsədlər üzrə həcmi

Tədqiqatın 3-cü bölməsində son 15 ilə yaxın dövrdə buğda istehsalının təşviqi və bu sahədə hüquqi tənzimləmə ilə bağlı atılan addımlar, qəbul edilən strategiya, proqram və mexanizmlər barədə ətraflı məlumat verilir.

Sonda tədiqatın əsas nəticələri və buğda idxalından asılılığın azaldılması məqsədilə təkliflər təqdim edilib.

Araşdırmaçılar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycan Respublikası Konstitusiyası, Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və digər mənbələrə istinadən ölkədə ərzaq təhlükəsizliyinin vəziyyətini buğda istehsalı üzərindən təhlil ediblər.

Tədqiqatda həmçinin FAO-nun ərzaq təhlükəsizliyi ilə bağlı tövsiyələri, sahənin mühüm elementləri və ölkədəki durumu qiymətləndirmək üçün lazım olan meyarları da əks olunub.

Araşdırma sənədi 2015-ci ildən etibarən Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsindəki vəziyyəti əks etdirir və  lazımi addımların atılmasına önəmli töhfə verə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycan bu il Gürcüstana azı 45,3 milyon dollar sərmayə qoyub

8 Sentyabr 2026

sosial media

2026-cı ilin ilk yarısında Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 45,3 milyon ABŞ dolları dəyərində sərmayə qoyulub.  Bu barədə məlumat Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb.  Azərbaycan bununla ilin ikinci rübündə Gürcüstana sərmayə qoymuş ölkələr sırasında 7-ci yeri tutub.  Hesabatda Azərbaycanın qoyduğu sərmayələrin təyinatına dair məlumata rast gəlinməyib. Lakin ümumilikdə sərmayələrin əksəriyyəti maliyyə, sığorta və daşınmaz əmlak sahələrinə qoyulub.  Azərbaycan son illərdə müxtəlif ölkələrə sərmayə qoyub. Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə dəyəri milyard dollarlarla ölçülən şirkətlər alır və ya yeni müəssisələr tikir. Azərbaycan prezidenti İlham Əliyev bu il keçirilən 31-ci Bakı Enerji Forumunda demişdi...
İqtisadiyyat

Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”

7 Sentyabr 2026

sosial media

"Sovetlər dağıldı, sovxoz və kolxozlar ləğv edildi, torpaq islahatı həyata keçirildi. Amma müstəqil Azərbaycanın kənd-inkişaf konsepsiyası işlənib hazırlanmadı."  Bu sözləri kənd təsərrüfatı eksperti Şahin Nəcəfov sosial media hesabında kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqda yeni qanun layihəsini şərh edərkən yazıb.  Ekspert xatırladıb ki, 1996-cı ildə aparılan torpaq islahatı çərçivəsində kənd əhalisinə xüsusi mülkiyyət kimi paylanan torpaqların ümumi sahəsi təxminən 1,3-1,4 milyon hektar təşkil edib.  "Özəl mülkiyyətdə olan bu pay torpaqları ölkənin ümumi aktiv əkinəyararlı torpaq fondunun təxminən 70–75%-ni təşkil edirdi. Amma bu torpaqların çox böyük əksəriyyətini kasıblaşdırılan kənd adamları çoxdan qəpik-quruşa satıblar. Bu gün ən yaxşı halda kəndlilərin əlində qalan...

Seçilmiş Videolar

Toplum TV loqo