İqtisadiyyat

Terminal ödənişlərində 500 manatdan artıq məbləğ üçün şəxsiyyət təsdiqi tələb oluna bilər

17 noyabr, 2026
41

sosial media

“MilliÖn” terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürməsi həyata keçirən şəxslərdən rəqəmsal identifikasiya tələb olunacağı deyilir.
Yerli medianın məlumatına görə, istifadəçilər şəxsiyyətlərini “Bir ID”, “SİMA” və ya “MyGov” platformaları vasitəsilə təsdiqləməlidirlər. “Bir ID” ilə təsdiqləmə “Birbank” tətbiqi üzərindən də mümkündür.
Bunun üçün istifadəçi terminalda xidməti və ödəniş məbləğini seçdikdən sonra ekranda yaranan QR-kodu müvafiq mobil tətbiqlə skan etməlidir. Təsdiqləmə tamamlandıqdan sonra əməliyyatı həyata keçirmək mümkün olacaq.
Bununla yanaşı, 2027-ci il yanvarın 1-dən manatla 18 ay və daha uzun müddətə yerləşdirilən depozitlər üzrə faiz gəlirlərinə tətbiq edilən tam vergi azadolmasının müddəti başa çatır.
Hazırda belə depozitlərin faiz gəlirlərinin tam hissəsi vergidən azaddır. Həmin güzəşt uzadılmasa, gələn ildən aylıq faiz gəlirinin yalnız 200 manatdan artıq hissəsindən 10 faiz vergi tutulacaq.
Fiziki şəxslərin yerli banklardakı manat depozitləri üzrə aylıq 200 manatadək faiz gəlirinə tətbiq olunan vergi güzəşti isə qüvvədə qalır.

Yeni qaydanın hansı normativ-hüquqi aktdan irəli gəldiyi, toplanan məlumatların hansı müddətdə və necə qorunacağı barədə rəsmi açıqlama verilməyib.
Yeni qayda ilə bağlı “MilliÖn” və aidiyyəti dövlət qurumlarının münasibətini öyrənmək mümkün olmayıb.

Bu ilin avqustundan kartdan-karta köçürmələr üzrə də məhdudiyyətlər tətbiq olunub. Azərbaycan Banklar Assosiasiyasının açıqlamasına əsasən, bir ödəniş alətinə gün ərzində beşədək mədaxil əməliyyatına, ay ərzində isə 20 min manatadək mədaxilə limit müəyyən edilib.
Həmin məhdudiyyətləri şərh edən ekspertlər bunun kiçik onlayn satıcılara, sərbəst çalışanlara, ianə toplayanlara və kartına mütəmadi olaraq müxtəlif şəxslərdən vəsait daxil olan vətəndaşlara təsir göstərə biləcəyini deyirdilər. Onların fikrincə, limitlər insanları bank əməliyyatlarından imtina edərək nağd ödənişlərə üstünlük verməyə sövq edə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycanda fermerlər üçün tam vergi güzəştləri 2027-dən ləğv oluna bilər

9 noyabr 2026

sosial media

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad edilməsi qaydasının ləğvi təklif olunur. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı məlumat verib. Təkliflər qəbul olunarsa, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçılarına gəlir və mənfəət vergisi üzrə 5 il müddətinə 90 faizlik güzəşt tətbiq ediləcək. Bu halda fermerlərin vergiyə cəlb olunan gəlirinin və ya mənfəətinin 10 faizi ümumi qaydada vergiyə cəlb olunacaq. Güzəştdən yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan və gəlirini və ya mənfəətini vergi bəyannaməsində göstərən...
İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...

Seçilmiş Videolar

Toplum TV loqo