İqtisadiyyat

Əmək pensiyalarında dəyişiklik - İqtisadçı qərarı şərh edir

3 Noyabr, 2022
1650

Açıq mənbələrdən götürülüb

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Ancaq təklif olunan dəyişikliyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.

https://toplum.tv/iqtisadiyyat/azerbaycanda-bu-ilin-inflyasiya-gostericisi-aciqlanib

Sözügedən dəyişikliyin amnistiya xarakteri daşıdığı və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyi bildirilir.

İqtisadçı Rövşən Ağayev qanuna edilən dəyişikliyi “Toplum TV”yə şərh edib.

İqtisadçı xatırladır ki, əvvəllər pensiyaya çıxma stajı qadınlar üçün 10, kişilər üçün 12-dir; 2017-ci ildə pensiya qanundakı dəyişikliyə görə, staj 2 dəfə artıldı. Yəni 12 il deyil, 25  tələb olundu.

“Sığorta stajı dedikdə Sosial Müdafiə Fonduna ödəmə aparılmış illər nəzərdə tutulur. Tutaq ki, 12 ay ərzində sığorta ödənişi edilirsə, bu bir sığorta ili sayılır. 2017-ci ildə pensiyaya qanuna edilən dəyişiklik bir sıra problemləri meydana çıxartdı. Buna görə də hökumət keçid dövrü üçün belə bir güzəşt nəzərdə tutdu: əgər 2000-2006-2008-ci illər ərzində kimin sığorta ödəməsi  varsa, ona avtomatik 2006-cı ilin yanvarın birinə qədər 25 il  stajı hesablandı. Yetər ki, ən azı 2006-2008-ci illərdə sığorta ödənişi etmiş olunsun. Həmin vaxt nəzərdə tutulmuşdu ki,  bu güzəşt 2023-cü ildən başlayaraq, 2006-cı ilin yanvarın birinə qədər olan staj bir il azaldılmaqla həyata keçiriləcək”. 

Rövşən Ağayev - Sosial Media

İqtisadçı deyir ki, indi hökumət güzəşt müddətini 2026-cı ilə qədər uzadır:

“Tutaq ki, 2022-ci ildə 2006-cı il yanavarın birinə qədər 25 il sığorta stajı hesablanırdısa,  2023-cü ildə pensiyaya  çıxanlarda bu bir il azaldılmalı, 24 il götürülməli idi. İndi hökumət güzəşt müddətini yenidən uzadır. Həmin 25 il staj göstərilən ilə qədər qüvvədə qalacaq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycan bu il Gürcüstana azı 45,3 milyon dollar sərmayə qoyub

8 Sentyabr 2026

sosial media

2026-cı ilin ilk yarısında Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 45,3 milyon ABŞ dolları dəyərində sərmayə qoyulub.  Bu barədə məlumat Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb.  Azərbaycan bununla ilin ikinci rübündə Gürcüstana sərmayə qoymuş ölkələr sırasında 7-ci yeri tutub.  Hesabatda Azərbaycanın qoyduğu sərmayələrin təyinatına dair məlumata rast gəlinməyib. Lakin ümumilikdə sərmayələrin əksəriyyəti maliyyə, sığorta və daşınmaz əmlak sahələrinə qoyulub.  Azərbaycan son illərdə müxtəlif ölkələrə sərmayə qoyub. Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə dəyəri milyard dollarlarla ölçülən şirkətlər alır və ya yeni müəssisələr tikir. Azərbaycan prezidenti İlham Əliyev bu il keçirilən 31-ci Bakı Enerji Forumunda demişdi...
İqtisadiyyat

Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”

7 Sentyabr 2026

sosial media

"Sovetlər dağıldı, sovxoz və kolxozlar ləğv edildi, torpaq islahatı həyata keçirildi. Amma müstəqil Azərbaycanın kənd-inkişaf konsepsiyası işlənib hazırlanmadı."  Bu sözləri kənd təsərrüfatı eksperti Şahin Nəcəfov sosial media hesabında kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqda yeni qanun layihəsini şərh edərkən yazıb.  Ekspert xatırladıb ki, 1996-cı ildə aparılan torpaq islahatı çərçivəsində kənd əhalisinə xüsusi mülkiyyət kimi paylanan torpaqların ümumi sahəsi təxminən 1,3-1,4 milyon hektar təşkil edib.  "Özəl mülkiyyətdə olan bu pay torpaqları ölkənin ümumi aktiv əkinəyararlı torpaq fondunun təxminən 70–75%-ni təşkil edirdi. Amma bu torpaqların çox böyük əksəriyyətini kasıblaşdırılan kənd adamları çoxdan qəpik-quruşa satıblar. Bu gün ən yaxşı halda kəndlilərin əlində qalan...

Seçilmiş Videolar

Toplum TV loqo