İqtisadiyyat

Azərbaycan neft ucuzlaşdığı üçün pul itirir

10 Aprel, 2025
384

açıq mənbədən götürülüb

Londonun ICE birjasının ticarət məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 7.4 faiz düşərək bir barel üçün 64.74 dollar olub.

Sonuncu dəfə neft 65 dollardan aşağı 2021-ci ilin avqustunda satılmışdı.

Azərbaycanın dövlət büdcəsində 2025-ci il üçün neftin bir bareli 70 dollar səviyyəsində nəzərdə tutulub.

İqtisadçı Aydın Allahverdi bunu barədə “YeniAvaz”a belə şərh edib:

"Hazırda Azərbaycan nefti büdcədə nəzərdə tutulan qiymətdən 6 dollar ucuz satılır. Bu o deməkdir ki, Azərbaycan hər gün təxminən 5 milyon dollar itirir. Bu ilin yanvar ayında Azərbaycan 25 milyon bareldən çox neft ixrac edib. Günlük neft ixracı orta hesabla 830 min barel təşkil edir”, o deyib

Digər bir iqtisadçı Zöhrab İsmayılın fikrincə, iyun ayında Azərbaycan hökuməti büdcəyə yenidən baxıb ya xərcləri azaltmalı, ya da Neft Fondundan transfertləri artırmalı olacaq.

İqtisadçı deyir ki, neftin qiymətinin düşməsi Azərbaycan kimi ölkələrə çox ağır zərbələr vura bilər.

Qiymət enişinin əsas səbəbləri kimi aşağıdakılar göstərilir:

•        ABŞ-da neft ehtiyatlarının gözləniləndən daha çox artması: ABŞ-ın Enerji İnformasiya Administrasiyasına (EIA) görə, ölkənin neft ehtiyatları ötən həftə 3.6 milyon barel artaraq 433.8 milyon barelə çatıb. Bu, analitiklərin gözlədiyi 341,000 barel artımdan qat-qat çoxdur.

•        OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı: Təşkilat apreldən etibarən gündəlik hasilatı 138,000 barel artırmağa qərar verib.

•        ABŞ-ın Kanada, Çin və Meksikaya tariflər tətbiq etməsi: Tramp administrasiyasının Çin, Kanada və Meksikadan idxala tariflər tətbiq etməsi iqtisadi artım tempinin azalacağı ilə bağlı narahatlıq yaradıb ki, bu da neftə tələbi aşağı sala bilər.

Azərbaycanda bundan əvvəl 2015-ci ildə dalbadal iki devalvasiya baş verib. Nəticədə manat iki dəfədən çox dəyər itirib. Onda neftin bareli bir müddət hətta 50 dollardan da aşağı düşmüşdü.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Nazir: "Azərbaycanda bir təsərrüfat sahəsi ilə fermerin ailəsini təmin etməsi mümkün deyil" 

13 Noyabr 2025

Foto: açıq mənbə

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, Azərbaycanda fermerin bir təsərrüfat sahəsi ilə ailəsinin dolanışığını təmin etməsi mümkün deyil.  O, bunu noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında bildirib.  "Hazırda ölkədə bir təsərrüfata düşən ortalama sahə 1,7 hektardır. Bu qədər sahə ilə bir fermerin ailəsini il ərzində təmin etməsi mümkün deyil. Bizim hesablamalara görə, ortalama 9 hektar sahə olmalıdır ki, fermer ailəsi üçün illik minimum gəlir əldə edə bilsin. Bölgələrdə bir ailə təxminən 4 nəfərdir, onların minimum illik gəliri 14 min manat olmalıdır. Bu məbləği əldə etmək üçün ortalama 9...
İqtisadiyyat

Real vergi ödəyicilərinin sayı: Hesablama Palatası və Dövlət Vergi Xidmətinin rəqəmləri niyə fərqlənir?

12 Noyabr 2025

İllüstrasiya: Toplum TV

Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsinə verdiyi rəydə qeyd olunur ki, bu ilin ilk yarısında fəaliyyət göstərən, yəni real vergi ödəyicilərinin sayı əvvəlki dövrlə müqayisədə 3,3 faiz və ya 6,6 min azalıb. Hesabatda bildirilir ki, istinad edilən tarixdə real fəaliyyəti olan vergi ödəyicilərinin sayı 191,2 min biznes subyekti olub. Halbuki həmin dövrdə rəsmi qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 1,6 milyona yaxın idi. Başqa sözlə, qeydiyyatda olan hər 1000 biznes subyektindən yalnız 120-si real fəaliyyət göstərir. Palatanın rəyi göstərir ki, 2024-cü ilin ilk yarısında qeydiyyatdan keçən vergi ödəyicilərinin 13 faizi fəaliyyət göstərirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 12 faizə...

Seçilmiş Videolar

Toplum TV loqo