Foto: AFP
Ötən ilin fevralında Rusiyada həbsxanada ölən müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya siyasətçinin zəhərlənərək öldürüldüyünü iddia edib.
O bildirib ki, Navalnının tərəfdarları hələ 2024-cü ilin fevralında həyat yoldaşının nəşinin bioloji nümunələrini əldə edib ölkə xaricinə çıxarmağa nail olublar.
“Ən azı iki ölkənin laboratoriyaları bu nümunələri müstəqil şəkildə yoxlayıb və bu nəticəyə gəlib ki, Aleksey zəhərlə qətlə yetirilib”, – o qeyd edib.
Navalnaya nümunələrin hansı ölkələrdə yoxlandığını açıqlamayıb.
“Mən bəyan edirəm ki, [Rusiya prezidenti] Vladimir Putin mənim ərim, Aleksey Navalnının qətlində günahkardır. Mən Rusiya kəşfiyyat orqanlarını qadağan edilmiş kimyəvi və bioloji silahlar hazırlamaqda ittiham edirəm. Tədqiqat aparan laboratoriyalardan onların nəticələrini dərc etmələrini tələb edirəm. Yuxarı dairələr üçün hansısa səbəblərdən Putinə yaltaqlanmağı dayandırın,” — Navalnaya bildirib.
Rusiya Federal Cəzaçəkmə Xidməti 2024-cü il 16 fevralda Navalnının öldüyünü elan edib. Agentliyin məlumatına görə, siyasətçi “gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib” və reanimasiya cəhdləri uğursuz olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: açıq mənbə
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?