Foto: Azərtac
Maliyyə Nazirliyi müdafiə və təhlükəsizlik büdcəsini 318 milyon manat artıraraq 2026-cı ildə ümumilikdə 8,7 milyard manata çatdırmağı planlaşdırır.
Bu rəqəm nazirliyin sentyabrın 16-da dərc olunan hesabatında öz əksini tapıb.
Təsdiq olunacağı təqdirdə, ümumi büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin payı 21% təşkil edəcək.
"Report.az"ın məlumatına görə, 2026-cı il üçün dövlət büdcəsinin ümumi gəlirləri 38,4 milyard manat, xərcləri isə 42 milyard manat olaraq proqnozlaşdırılır.
Azərbaycanın hərbi büdcəsini artırmaq planı Ermənistanla sülh prosesində baş verən irəliləyişlərdən sonraya təsadüf edir.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişinin mətnini paraflayıblar. Həmçinin, Azərbaycan, Ermənistan və ABŞ liderləri dövlətlərarası münasibətlərin qurulması üçün bəyanat veriblər.
Buna baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev avqustun 21-də çıxışında deyib ki, Azərbaycan hər zaman müharibəyə hazır olmalıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Foto: sosial media
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?