İqtisadiyyat

Azərbaycan Serbiyada 600 milyon avroluq elektrik stansiyası tikəcək

18 Fevral, 2026
429

Foto: president.az

Azərbaycan elektrik enerjisi istehsalı üzrə növbəti sərmayəni Serbiyaya qoyacaq. 

Bununla bağlı razılıq Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda həmin ölkəyə həyata keçirdiyi səfərdə əldə olunub.

Serbiya prezidenti Aleksandar Vuçiç fevralın 15-də Əliyevlə birgə brifinqdə Azərbaycan şirkətlərinin iştirakı ilə tikiləcək yeni elektrik stansiyası barədə xəbər verib. Onun sözlərinə görə, həmin gün Serbiyanın qaz şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu barədə əməkdaşlıq sazişi imzalayıblar. 

“İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq. Niş şəhərinin ətrafında üç yer seçilib. Söhbət təmiz enerjidən gedir. Avropa İttifaqı da bunu etiraf edir. Bir sözlə, tikintinin ya Tripale, Kruşti, ya da Nişka Banyada aparılması gözlənilir. Lakin düşünürəm ki, Kruşti ən münasibdir. Stansiyanın 500 meqavatlıq enerji istehsalı gücü olacaq. Prezident Əliyev mənə söz verdi ki, şəxsən həmin məsələ ilə məşğul olacaq”, - o deyib. 

O əlavə edib ki, Azərbaycan şirkətlərinin stansiyanın səhmlərində 50% payı olacaq. 

2025-ci ilin sentyabrında Serbiya parlamentinin sədri Ana Brnabiç yerli mətbuata bildirib ki, Niş yaxınlığında təbii qazla işləyən elektrik stansiyasının tikintisi ilə bağlı Azərbaycanla aparılan danışıqlar başa çatıb və investisiyanın dəyəri təxminən 600 milyon avro olaraq qiymətləndirilir.

SOCAR artıq xarici ölkələrdə elektrik enerjisi istehsalı sahəsində sərmayələr qoymağa başlayıb. 

Ötən ilin dekabrında SOCAR Türkiyənin GAMA enerji şirkəti ilə anlaşması əsasında 870 MVt gücündə istilik elektrik stansiyasını alıb. Razılaşmanın ümumi dəyəri təxminən 225 milyon ABŞ dolları təşkil edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Məsafədən kredit götürmək istəyənlər üçün yeni qayda: Vəsait dərhal verilməyəcək

30 Sentyabr 2026

sosial media

Azərbaycanda məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, vətəndaşlar banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət etməklə məsafədən istehlak krediti götürməyə və ya kredit limitini artırmağa məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin bankda şəxsən iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında ləğv olunacaq. Yeni qaydalara görə, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemləri, həm də kredit bürosu vasitəsilə yoxlamalıdır. Məhdudiyyət tətbiq edən şəxslə məsafədən kredit müqaviləsi bağlamaq və ya onun kredit limitini artırmaq mümkün olmayacaq....
İqtisadiyyat

Bankların kredit faizlərindən gəliri 17,2 faiz artıb

28 Sentyabr 2026

sosial media

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bankların verdikləri kreditlər üzrə faiz gəlirləri 2 milyard 982,6 milyon manat olub. “Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Sentyabrın 1-nə bankların kredit portfelinin ümumi həcmi 32 milyard 824,2 milyon manat təşkil edib. Bu məbləğin 17 milyard 822,9 milyon manatı biznes, 10 milyard 261,2 milyon manatı istehlak, 4 milyard 740,2 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb. “Toplum TV”nin daha əvvəl Mərkəzi Bankın məlumatları əsasında dərc etdiyi təhlildə bankların əmanətlər üzrə faizləri azaltdığı halda, kreditləri bahalaşdırdığı göstərilib. Belə ki, 2024–2025-ci illərdə manatla depozitlər üzrə orta faiz dərəcəsi...

Seçilmiş Videolar

Toplum TV loqo