Dünya

Almaniya ordusu kiberhücuma görə dronların istifadəsini dayandırıb

13 noyabr, 2026
19

sosial media

Almaniya ordusu “Quantum Systems” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının istifadəsini şirkətə qarşı kiberhücum aşkarlandıqdan sonra ehtiyat tədbiri kimi müvəqqəti dayandırıb.

“Financial Times”ın məlumatına görə, naməlum şəxslər şirkətin dronların yerdən idarə edilməsi və uçuş missiyalarının planlaşdırılması üçün istifadə olunan QBase proqramının yenilənmə sistemi vasitəsilə zərərli yeniləmə faylı yayıblar. Hadisənin oktyabrın sonunda aşkarlandığı bildirilir. 

“Quantum Systems” noyabrın 12-də sistemlərinə qarşı “düşmən aktorlar” tərəfindən kiberhücum edildiyini təsdiqləyib. Şirkətin açıqlamasına görə, təhlükə kibertəhlükəsizlik komandaları və dövlət qurumları ilə əməkdaşlıq nəticəsində nəzarətə götürülüb, operatorlar və son istifadəçilər üçün risk yoxdur.

“Der Spiegel”in məlumatına əsasən, araşdırmaya Almaniyanın Hərbi Əks-kəşfiyyat Xidməti (MAD), Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə və İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarə cəlb olunub.
Hücumun arxasında kimin dayandığı, zərərli yeniləmənin hansı müştərilərin sistemlərinə yayıldığı və mümkün məlumat sızması barədə hələlik məlumat yoxdur.

Noyabrın 13-də “Reuters” “Quantum Systems”ə istinadla bildirib ki, Almaniya ordusunun müvəqqəti dayandırdığı dronlar yenidən istifadə olunur. Şirkət yalnız Bundesverin uçuşları dayandırdığını, digər müştərilərdə isə sistemlərin normal işlədiyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“Nvidia”nın rəhbəri Çinlə əlaqəli casusluq iddiaları fonunda istefa verib

13 noyabr 2026

sosial media

Süni intellekt texnologiyaları sahəsində aparıcı korporasiyalardan olan “Nvidia”nın rəhbəri Censen Huanq vəzifəsindən istefa verib. Şirkət bu barədə noyabrın 12-də məlumat yayıb. Açıqlamada bildirilib ki, Huanq prezident, baş direktor və Direktorlar Şurasının üzvü vəzifələrindən dərhal qüvvəyə minən qərarla ayrılıb. İstefanın səbəbi açıqlanmayıb. “Nvidia”nın icraçı vitse-prezidenti və maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor təyin olunub. Şura şirkətə daimi rəhbər seçmək üçün daxili və xarici namizədlərin iştirak edəcəyi axtarışa başladığını bildirib. “The New York Times” daha əvvəl Huanqın çinli sahibkar Alice Huanqla yaxın münasibətdə olduğunu yazmışdı. Nəşrin məlumatına görə, ABŞ kəşfiyyatı Alise Huanqın Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əlaqəli ola biləcəyindən şübhələnib....
Dünya

Əbu-Dabi danışıqları: Ukrayna və Rusiya yalnız əsir mübadiləsi üzrə razılığa gəlib

12 noyabr 2026

sosial media

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə danışıqların ikinci günü keçirilib. “Reuters”in məlumatına görə, iki günlük görüşlərdə tərəflər hərbi əsirlərin genişmiqyaslı mübadiləsi ilə bağlı prinsipial razılığa gəlsələr də, ərazi məsələləri və müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunmayıb. Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib ki, ikinci gün danışıqlar əvvəlcə üçtərəfli formatda, daha sonra isə Avropa tərəfdaşları ilə ayrıca keçiriləcək. Bildirilir ki, danışıqların ikinci günündə Rusiya nümayəndə heyəti atəşkəs, ərazi məsələləri, enerji infrastrukturu və Qara dənizdə təhlükəsizlik mövzularını müzakirə etməkdən imtina edib. “RBC-Ukraine” nəşri Ukrayna nümayəndə heyətinə yaxın mənbələrə istinadən yazıb ki, Rusiya...

Seçilmiş Videolar

Toplum TV loqo