Siyasət

Məktəblərdə hicab qadağasına etiraz edən inanclı məhbusun döyüldüyü bildirilir

16 noyabr, 2026
47

Foto: şəxsi arxiv

11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı fəal Fuad Əsgərovun aclıq aksiyası keçirdiyinə görə zorakılığa məruz qaldığı bildirilir.

Bu barədə Əsgərovun yaxınlarına istinadən Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Əbülfəz Bünyadov məlumat yayıb.

Bünyadovun sözlərinə görə, Əsgərov hicablı şagirdlərin baş örtüyünə görə dərsə buraxılmamasına etiraz olaraq oktyabrın 19-da aclıq aksiyasına başlayıb.

“Ertəsi gün müəssisə rəisi Şakir Qəniyev Əsgərovu qəbul edərək ondan aksiyanı dayandırmağı tələb edib. Əsgərov bundan imtina etdikdən sonra huşunu itirənədək döyülüb”, - Bünyadov məhbusun yaxınlarına istinadən yazıb.

Yaxınlarının bildirdiyinə görə, hadisədən sonra Əsgərov Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb və orada təkadamlıq kamerada saxlanılıb. Onların iddiasına əsasən, fəalın ailəsi və digər məhbuslarla əlaqə saxlamasına icazə verilməyib. Yaxınları bu məhdudiyyətin döyülmə izlərinin görünməsinin qarşısını almaq məqsədi daşıdığını düşünür.

Məlumata görə, Əsgərov səhhətində ciddi problemlər yarandığı üçün noyabrın 13-də aclıq aksiyasını dayandırıb və 11 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Yaxınları bildirirlər ki, o, müəssisəyə qayıtdıqdan dərhal sonra rəisin otağına aparılıb, orada yaranan mübahisədən sonra isə cərimə kamerasına (“kars”) salınıb.

Onların iddiasına görə, Əsgərov bu dəfə də rəisin göstərişi ilə döyülüb, qolları qandallanaraq karserdə çarpayıya bağlı vəziyyətdə saxlanılıb.

İddialarla bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Fuad Əsgərov 2023-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. Yaxınları və hüquq müdafiəçiləri ittihamın saxta olduğunu, onun dini inanclarına görə hədəfə alındığını bildirirlər. Onun saxlanılarkən fiziki təzyiqə məruz qaldığı və ailəsi ilə hədələnərək ittihamı qəbul etməyə məcbur edildiyi də iddia olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP üzvü Elnur Yusubov 30 sutka həbs edilib

16 noyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka inzibati həbs cəzası alıb. Partiya üzvlərinin məlumatına görə, Yusubov noyabrın 13-də İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzindən ailəsinə zəng edərək həbs olunduğunu bildirib. AXCP fəalı sosial şəbəkələrdəki paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib. Həmin maddə internetdə yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Yusubovun konkret hansı paylaşımına görə cəzalandırıldığı açıqlanmayıb. AXCP-dən bildirilib ki, ixtisasca diş həkimi olan Yusubov şöbə sədri vəzifəsinə yeni seçilib. Partiyanın məlumatına görə, o, sosial şəbəkələrdə hakimiyyəti tənqid edən paylaşımlar edib. Yusubovun həbsi noyabrın 12-də onun itkin düşməsi...
Siyasət

Zelenski: “Azərbaycanla dron sazişi çərçivəsində müqavilələr imzalanıb”

16 noyabr 2026

president.az

Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra iki ölkənin dron sahəsində əməkdaşlığa dair saziş çərçivəsində müqavilələr imzaladığını bildirib. Zelenski bu barədə Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İlham Əliyevlə görüşündən sonra “X” sosial şəbəkəsində yazıb. “İlk növbədə, dron sazişi, müqavilələr imzalanıb və sifarişlərin həcmini artırmaq üzərində işləyirik. Həmçinin Azərbaycan şirkətlərinin Rusiyanın hücumlarına baxmayaraq, Ukraynada qalmasını və fəaliyyətini davam etdirməsini yüksək qiymətləndiririk”, - Zelenski bildirib. Ukrayna tərəfi müqavilələrin detalları barədə əlavə məlumat açıqlamayıb. Razılaşmaların dron alışı, birgə istehsal və ya texnologiya transferini əhatə edib-etmədiyi məlum deyil. Azərbaycan Prezident Administrasiyasının görüşlə bağlı məlumatında dron sahəsindəki müqavilələrdən bəhs olunmayıb....

Seçilmiş Videolar

Toplum TV loqo