18 il azadlıqdan məhrum edilən İqbal Əbilovun “kars”a salındığı bildirilir
sosial media
Həbsdə olan akademik tədqiqatçı İqbal Əbilovun Bakı 1 saylı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarıldığı deyilir.
Bu barədə Əbilovun Hüquqlarının Müdafiə Komitəsi noyabrın 13-də məlumat yayıb.
Komitənin məlumatına görə, Əbilovun qapalı rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı qərar hələ qanuni qüvvəyə minmədiyindən o, həmin rejimə köçürülməyib.
Məlumatda bildirilir ki, Əbilov 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarıldıqdan sonra cərimə kamerasına (“kars”) salınıb. Buna hansı əsasın olduğu isə açıqlanmayıb.
“Bildirilib ki, bu addım qanunun tələbidir, lakin konkret olaraq hansı qanun normasına əsaslanıldığı açıqlanmayıb”, - Komitənin məlumatında deyilir.
Paylaşımda qeyd olunur ki, Azərbaycan qanunvericiliyində məhbusun bir cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına və ya əksinə köçürülməsi səbəbilə karserə salınmasını nəzərdə tutan hüquqi norma yoxdur.
İddialarla bağlı rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib.
Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada yayılan materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar - xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.
Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Məktəblərdə hicab qadağasına etiraz edən inanclı məhbusun döyüldüyü bildirilir
Foto: şəxsi arxiv
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”