Siyasət

Ailəsi hicab qadağasına görə aclıq edən məhbusdan xəbər ala bilmir

13 noyabr, 2026
20

Foto: şəxsi arxiv

Məktəblərdə hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başlayan inanclı məhbus Elman Şeydayevdən 20 gündən çoxdur xəbər alınmadığı deyilir.

Yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Şeydayev oktyabrın 16-dan aclıq edir. O, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən cəza kamerasına (“kars”) yerləşdirilib. Bundan sonra ailəsi onunla əlaqə saxlaya bilməyib.

Yaxınları digər məhbusların ailə üzvlərindən aldıqları məlumata əsasən, Elman Şeydayevin 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü bildirirlər. Ancaq onun hazırda harada və hansı şəraitdə saxlanıldığı, eləcə də səhhətinin necə olduğu barədə ailəsinə rəsmi məlumat verilməyib.

Elman Şeydayev 2022-ci ilin fevralında saxlanılıb və həmin ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi) üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.
E. Şeydayev ittihamları qəbul etmir və həbsinin fəaliyyətinə, eləcə də ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı ifadə verməkdən imtina etməsinə görə olduğunu bildirir.

Hicabla bağlı narazılıqlar Nazirlər Kabinetinin sentyabrın 21-də məktəbli geyim qaydalarına etdiyi dəyişikliklərdən sonra gündəmə gəlib. Yeni tələblərə əsasən, məktəbli formasının vahidliyini pozan və dünyəvilik prinsipinə uyğun hesab edilməyən geyim elementlərindən istifadəyə icazə verilmir.
Oktyabrın 6-da müəllimlərin geyim qaydaları ilə bağlı da oxşar tələblər təsdiqlənib. Qərarlarda hicabın adı konkret göstərilməsə də, bu dəyişikliklər hicablı şagird və müəllimlərin məktəblərə buraxılmaması ilə bağlı etirazlara yol açıb.

Oktyabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi təhsil müəssisələrində geyim qaydalarına nəzarətin gücləndiriləcəyini açıqlayıb. Lakin idarə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı şikayətlərə münasibət bildirməyib.
Hicab məhdudiyyətlərinə etiraz olaraq həbsdə olan bir qrup inanclı məhbus da aclıq aksiyasına qoşulub. Aclıq edən məhbuslara qarşı təzyiq və zorakılıq göstərilməsi ilə bağlı da mediada məlumatlar yayılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hüseyn Abdullayev Azərbaycana qarşı Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürüb

13 noyabr 2026

sosial media

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etdikləri şikayətləri geri götürüblər. Məhkəmə noyabrın 12-də onların ərizələrinin baxılan işlər siyahısından çıxarılması barədə qərar yayıb. “Azadlıq Radiosu”nun məlumatına görə, şikayət Hüseyn Abdullayevin 2018-ci ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi, burada 6 il həbs cəzası alması və anası ilə birlikdə mühakimə olunması ilə bağlı idi. İş üzrə AİHM-də 2024-cü ildə kommunikasiya mərhələsi başlanmış, Azərbaycan hökumətinə suallar göndərilmişdi. Ərizədə qeyd olunurdu ki, Hüseyn Abdullayev 2013-cü ildə Almaniyaya köçüb, orada Azərbaycan hakimiyyətini tənqid edən “Susma” mahnısını yazaraq klip çəkdirib. Bundan sonra onun İnterpol vasitəsilə beynəlxalq axtarışa verildiyi...
Siyasət

Tofiq Yaqublu saxlanma şəraitindən narazıdır: “Xeyli məhbus çarpayı çatışmazlığına görə yerdə yatır”

13 noyabr 2026

sosial media

Həbsdə olan siyasətçi, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin pisləşməsinə etiraz olaraq ailəsinə zəng etməkdən imtina etdiyi deyilir. Bu barədə siyasətçinin qızı Nigar Həzi məlumat yayıb. N.Həzi bildirib ki, Yaqublu həbsxanadakı problemlərlə bağlı müəssisə rəisi ilə görüşmək üçün dəfələrlə rəsmi müraciət edib. “Tofiq Yaqublu həbsxanadakı dözülməz şərait və problemlərlə bağlı dəfələrlə 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şəfaət Abbasovun qəbuluna düşmək üçün rəsmi müraciət etsə də, rəis onunla görüşməkdən boyun qaçırır. Onun televizordan istifadə imkanı əlindən alınıb. Həbsxanada yeganə informasiya mənbəyi televizordur. Bundan əlavə, kiçik otaq və baraklarda nəzərdə tutulandan daha çox məhbus...

Seçilmiş Videolar

Toplum TV loqo