Siyasət

AXCP üzvü Elnur Yusubov 30 sutka həbs edilib

16 noyabr, 2026
20

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka inzibati həbs cəzası alıb.

Partiya üzvlərinin məlumatına görə, Yusubov noyabrın 13-də İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzindən ailəsinə zəng edərək həbs olunduğunu bildirib.
AXCP fəalı sosial şəbəkələrdəki paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib. Həmin maddə internetdə yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur.
Yusubovun konkret hansı paylaşımına görə cəzalandırıldığı açıqlanmayıb.

AXCP-dən bildirilib ki, ixtisasca diş həkimi olan Yusubov şöbə sədri vəzifəsinə yeni seçilib. Partiyanın məlumatına görə, o, sosial şəbəkələrdə hakimiyyəti tənqid edən paylaşımlar edib.
Yusubovun həbsi noyabrın 12-də onun itkin düşməsi barədə yayılan məlumatdan bir gün sonra məlum olub. Həmin gün AXCP onun səhər evdən çıxdığını, lakin iş yerinə çatmadığını və əlaqə saxlamağın mümkün olmadığını açıqlamışdı. Partiyanın məlumatına görə, Yusubovun avtomobili evinin yaxınlığında qapıları açıq, açarı isə üzərində vəziyyətdə tapılıb.
Partiya həmin vaxt fəalın saxlanıldığını ehtimal edirdi.

Son illər AXCP-nin çoxsaylı üzvü inzibati və cinayət məsuliyyətinə cəlb olunub. Partiyanın məlumatına görə, 20-dən çox fəalı uzunmüddətli həbs cəzası çəkir. Həbsdə olanlar arasında partiya sədri Əli Kərimli də var.
Partiye üzvlərinə qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Məktəblərdə hicab qadağasına etiraz edən inanclı məhbusun döyüldüyü bildirilir

16 noyabr 2026

Foto: şəxsi arxiv

11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı fəal Fuad Əsgərovun aclıq aksiyası keçirdiyinə görə zorakılığa məruz qaldığı bildirilir. Bu barədə Əsgərovun yaxınlarına istinadən Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Əbülfəz Bünyadov məlumat yayıb. Bünyadovun sözlərinə görə, Əsgərov hicablı şagirdlərin baş örtüyünə görə dərsə buraxılmamasına etiraz olaraq oktyabrın 19-da aclıq aksiyasına başlayıb. “Ertəsi gün müəssisə rəisi Şakir Qəniyev Əsgərovu qəbul edərək ondan aksiyanı dayandırmağı tələb edib. Əsgərov bundan imtina etdikdən sonra huşunu itirənədək döyülüb”, - Bünyadov məhbusun yaxınlarına istinadən yazıb. Yaxınlarının bildirdiyinə görə, hadisədən sonra Əsgərov Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb və orada təkadamlıq kamerada saxlanılıb. Onların iddiasına əsasən, fəalın ailəsi və...
Siyasət

Zelenski: “Azərbaycanla dron sazişi çərçivəsində müqavilələr imzalanıb”

16 noyabr 2026

president.az

Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra iki ölkənin dron sahəsində əməkdaşlığa dair saziş çərçivəsində müqavilələr imzaladığını bildirib. Zelenski bu barədə Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İlham Əliyevlə görüşündən sonra “X” sosial şəbəkəsində yazıb. “İlk növbədə, dron sazişi, müqavilələr imzalanıb və sifarişlərin həcmini artırmaq üzərində işləyirik. Həmçinin Azərbaycan şirkətlərinin Rusiyanın hücumlarına baxmayaraq, Ukraynada qalmasını və fəaliyyətini davam etdirməsini yüksək qiymətləndiririk”, - Zelenski bildirib. Ukrayna tərəfi müqavilələrin detalları barədə əlavə məlumat açıqlamayıb. Razılaşmaların dron alışı, birgə istehsal və ya texnologiya transferini əhatə edib-etmədiyi məlum deyil. Azərbaycan Prezident Administrasiyasının görüşlə bağlı məlumatında dron sahəsindəki müqavilələrdən bəhs olunmayıb....

Seçilmiş Videolar

Toplum TV loqo