İqtisadiyyat

Azərbaycanda bütün gəlirlərin 14%-i ən zəngin 1%-ə çatır

31 May, 2025
626

Foto: açıq mənbədən götürülüb

“Azərbaycanda gəlir bərabərsizliyi getdikcə dərinləşir”

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2025-ci il üzrə İnsan İnkişafı Hesabatında Azərbaycanda gəlir bölgüsü ilə bağlı maraqlı bir məlumat yer alıb. 

Sənədə görə, əhalinin əhalinin əldə etdiyi bütün gəlirlərin 14 faizi ən zəngin 1 faiz əhali qurupuna çatır. 

Bu rəqəmin nə dərəcədə reallığı əks etdirməsi ayrıca müzakirə və araşdırma mövzusudur. 

Lakin məsələni maraqlı edən əsas məqam budur ki, Azərbaycanın rəsmi statistik hesabatlarından heç birində ölkədə sərvət və gəlir bərabərsizliyi ilə bağlı məlumatlar mövcud deyil. 

BMT-nin bu göstəricini haradan əldə etdiyi xeyli diqqət cəlb edir.

Hesabata görə, həmin göstərici Rusiyada 24 faiz, Qazaxıstan və Ermənistanda 15 faiz, Gürcütanda 18,5 faiz təşkil edir. Aydındır ki, ən azından Cənubi Qafqaz ölkələrindən heç birində gəlir və sərvət bərabərsizliyi Azərbaycandan yüksək deyil.

Bunu beynəlxalq korrupsiya reytinqlərində ölkələrin mövqeyi, hər 3 ölkədə iqtisadiyyatın və siyasi sistemin inhisarlaşma səviyyəsi çox bariz şəkildə nümayiş etdirir.

Yeri gəlmişkən, xüsusi tədqiqat qrupu tərəfindən qlobal miqyasda hazırlanmış “Dünyada qeyri-bərabərlik” adlı xüsusi məlumat bazasında təqdim ( https://wid.world/ ) olunan faktlar Azərbaycanda gəlir və sərvət bərabərsizliyinin xeyli yüksək olduğunu təsdqiləyir. Həmin bazada Azərbaycanla bağlı açıqlanan rəqəmlərə görə ( https://wid.world/country/azerbaijan/ ), 2023-cü ildə Azərbaycanda ən zəngin 10 faiz ev təsərrüfatları bütün əhali gəlirlərinin təxminən 37 faizinə, bütün sərvətlərin isə 58,5 faizinə sahibləniblər.

Eyni zamanda, ən yoxsul 50 faiz əhalinin bütün gəlirlərin 23 faizinə, məcmu sərvətlərin isə cəmi 4 faizinə sərəncam verdiyi bildirilir.

Təəssüf ki, bu bazada da açıqlanan göstəricilərin kifayət qədər etibarlı olmadığını söyləmək üçün müəyyən əsaslar var. Belə ki, portalda təqdim olunan uzunmüddətli rəqəmlərə görə, ən zəngin 1 faiz insanın sərvətlərdəki payı 2005-2023-cü illərdə dəyişməz qalıb (təxminən 58-59 faiz).

Halbuki Azərbaycan iqtisadiyyatı ilə bağlı davamlı araşdırmalar aparan yerli tədqiqatçılar bildirir ki, ölkəyə böyük neft pullarının sürətlə axmağa başladığı 2005-cildən sonra sərvət və gəlir bərabərsizliyi daha geniş miqyas alıb. Hökumətin son illər gəlir bərabərsizliyini ölçən “Gini” əmsalını [statistik ölçü vahidi - red] açıqlamqdan imtina etməsi də bunu təsdiqləyir.

Şübhəsiz ki, Azərbaycan dövlət strukturları çox yüksək səviyyədə informasiya qapalılığı yaratmaqla beynəlaxalq təşkilatların da obyektiv və etibarlı statistik mənzərəni ortaya çıxarmasına mane olur.

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Nazir: "Azərbaycanda bir təsərrüfat sahəsi ilə fermerin ailəsini təmin etməsi mümkün deyil" 

13 Noyabr 2025

Foto: açıq mənbə

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, Azərbaycanda fermerin bir təsərrüfat sahəsi ilə ailəsinin dolanışığını təmin etməsi mümkün deyil.  O, bunu noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında bildirib.  "Hazırda ölkədə bir təsərrüfata düşən ortalama sahə 1,7 hektardır. Bu qədər sahə ilə bir fermerin ailəsini il ərzində təmin etməsi mümkün deyil. Bizim hesablamalara görə, ortalama 9 hektar sahə olmalıdır ki, fermer ailəsi üçün illik minimum gəlir əldə edə bilsin. Bölgələrdə bir ailə təxminən 4 nəfərdir, onların minimum illik gəliri 14 min manat olmalıdır. Bu məbləği əldə etmək üçün ortalama 9...
İqtisadiyyat

Real vergi ödəyicilərinin sayı: Hesablama Palatası və Dövlət Vergi Xidmətinin rəqəmləri niyə fərqlənir?

12 Noyabr 2025

İllüstrasiya: Toplum TV

Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsinə verdiyi rəydə qeyd olunur ki, bu ilin ilk yarısında fəaliyyət göstərən, yəni real vergi ödəyicilərinin sayı əvvəlki dövrlə müqayisədə 3,3 faiz və ya 6,6 min azalıb. Hesabatda bildirilir ki, istinad edilən tarixdə real fəaliyyəti olan vergi ödəyicilərinin sayı 191,2 min biznes subyekti olub. Halbuki həmin dövrdə rəsmi qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 1,6 milyona yaxın idi. Başqa sözlə, qeydiyyatda olan hər 1000 biznes subyektindən yalnız 120-si real fəaliyyət göstərir. Palatanın rəyi göstərir ki, 2024-cü ilin ilk yarısında qeydiyyatdan keçən vergi ödəyicilərinin 13 faizi fəaliyyət göstərirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 12 faizə...

Seçilmiş Videolar

Toplum TV loqo