İqtisadiyyat

Azərbaycanda əhalinin hər üç nəfərindən yalnız birinin təhlükəsiz su xidmətlərinə çıxışı var

21 Yanvar, 2025
58

Açıq mənbədən götürülüb

BMT-yə üzv dövlətlərin 2015-ci ildə qəbul etdiyi və 2030-cu ilə qədərki dövrü əhatə edən 17 dayanıqlı inkişaf məqsədindən biri də əhalinin təlükəsiz və keyfiyyətli içməli su mənbələrinə, eləcə də sanitariya infrastrukturuna əlçatanlığının mümkün olduğu qədər təmin edilməsi idi.

Həmin hədəflərin qəbul edilməsinin 10 ili tamam olacaq bir ərəfədə məlum olur ki, Azərbaycanda bu sahədə vəziyyət az qala 3-cü dünya ölkələrindəki səviyyədədir. Bunu statistika qurumunun yenicə açıqladığı dayanıqlı inkişafa dair yeni hesabat da təsdiqləyir.   

Bəzi bölgələrdə əhalinin heç 10%-nin də keyfiyyətli su təminatı yoxdur

BMT-nin qəbul etdiyi standarta görə, insanların təhlükəsiz içməli su xidmətinə çıxışı o deməkdir ki, əvvəla, tərkibində bağırsaq cöpü və birinci dərəcəli kimyəvi cirklənmə olmayan su hər bir vətəndaş üçün əlçatandır. İkincisi, insanlar  yetərli miqdarda su əldə edə bilirlər. Üçüncüsü, əhali belə suyu ya birbaşa öz mulkündə olan müvafiq qurğular vasitəsilə, ya da yaşadığı yerə mümkün qədər (5 dəqiqədən artıq zaman sərf etmədən) yaxın məsafədə olan və zəruri standartlara cavab verən mənbələrdən (bulaq, artezian və s.) götürə bilir.

Dövlət Statistika Komitəsinin 2023-cu ildə kecirdiyi “Coxgostəricili Klaster Sorğusu”nun nəticələrinə əsasən, hazırda ölkədə təhlukəsiz icməli su təchizatı xidmətlərindən istifadə edən əhalinin xüsusi cəkisi 38,5 faiz (şəhər yerləri uzrə 54,4 faiz, kənd yerləri uzrə 14,1 faiz) təşkil edir. Amma bu göstərici ölkənin ayrı-ayrı iqtisadi rayonları üzrə çox fərqlidir və 8,5 faizlə 71,5 faiz arasında dəyişir. Aşağadakı diaqramda bu fərqləri aydın görmək mümkündür:

             

Rəsmi statistikadan göründüyü kimi, ölkə üzrə hər 3 nəfərdən birinin (və ya əhalinin 38,5%-nin) təhlükəsiz içməli su mənbələrinə çıxışı var. Amma, məsələn, Mil-Muğan iqtisadi regionunda vəziyyət sosial və tibbi fəlakət sayılacq bir həddədir və əhalinin cəmi 8,1%-nin zəruri keyfiyyət və təhlükəsizlik standartlarına uyğun su mənbələrinə çıxışı var.

Qazax-Tovuz, Mərkəzi-Aran, Dağlıq Şirvan, Lənkəran-Astara kimi bölgələrdə də vəziyyət bundan çox fərqli deyil. Yalnız Bakı və Abşeron yarımadasında göstəricisi yüksəkidir və 70% ətrafındadır.

Əhalinin mərkəzləşdirilmiş kanalizasiya xidmətlərinə çıxışı da bərbad vəziyyətdədir

Ev təsərrüfatları ilə bağlı son tədiqat göstərmişdi ki, Azərbaycanda əhalinin yalnız hər 2 nəfərindən 1-nin mərkəzləşdirilmiş kanalizasiya xidmətlərindən istifadə imkanı var. Dayanıqlı inkişafla bağlı son araşdırma bunu bir daha təsdiqləyib. Hesabata görə, hazırda müəyyən olunmuş mərhələlər üzrə təhlukəsiz şəkildə təmizlənən cirkab suların ümumi yekunda payı 53%-ə yaxındır. Ən pisi odur ki, bu göstərici yaxşılaşmaq əvəzinə, hər il daha da pisləşib. Əgər 2010-cu ildə ölkə üzrə yaranan bütün çirkab suların 57,5%-i təmizlənərək zərərsizləşdirilirdisə, 2023-cü ildə bu göstərici 53%-ə enib.

Diqqət yetiriləsi mühüm məqam odur ki, hökumət hər il ölkənin müxtəlif regionlarında su-kanalizasiya sisteminin qurulmasına yüz milyonlarla manat xərclədiyinə dair məlumatlar yayır.  Bunun üçün təkcə dövlət büdcəsindən deyil, hətta xarici kreditlər hesabına da böyük həcmdə vəsaitlər cəlb olunduğunu bildirir. Amma son 20 ildə bu sistemə yatırılan milyardlarla sərmayə müqabilində əhalinin keyfiyyətli su və kanalizasiya xidmətlərinə çıxışında hər hansı yaxşılaşmanın olmadığı, əksinə, geriləmə baş verdiyi üzə çıxır.  

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Trampın qərarları Azərbaycanın büdcə gəlirlərini azalda bilər 

21 Yanvar 2025

Toplum TV

Dünyanın gözlədiyi hadisə, nəhayət ki, baş verdi və ABŞ-ın 47-ci prezidenti Donald Tramp and içərək vəzifəsinin icrasına başladı. Onun inaqurasiya nitqi yarım saata yaxın (29 dəqiqə 48 saniyə) davam etdi və bu, son yüz ilə yaxın dövrün rekordu sayılır. Xatırlatmaq yerinə düşər ki, ABŞ prezidentləri arasında ən uzun inaqurasiya nitqinin müəllifi, 9-cu prezident Uilyam Henri Harrison 1841-ci il martın 4-də, soyuq havada keçirilən andiçmə mərasimindəki 2 saatlıq çıxışından bir ay sonra xəstələnərək vəfat edib. Görünür, ABŞ tarixinin ən qısa ömürlü prezidenti, mərhum Harrisonun başına gəlmiş bu hadisə unudulmayıb ki, Tramp məhz havanın şaxtalı olması səbəbindən tədbirin qapalı məkanda keçirilməsini istəyib. ...
İqtisadiyyat

“Ayıbdır, ay hökumət, plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik” - Natiq Cəfərli

16 Yanvar 2025

Natiq Cəfərli/şəxsi arxiv

“Ayıbdır, ay hökumət, yer haqqı, göy haqqı ayıbdır – plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik”. REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycanın Mərakeşdən plastik qab almasına Facebook səhifəsində bu cür münasibət bildirib. Xəbər agentliklərindən biri dünən Azərbaycanın Mərakeşdən plastik qabların alışını bərpa etdiyi haqda məlumat yayıb. “Ay hökumət, bu ki, telefon, televizor, avtomobil, kosmik avadanlıq, kompüter deyil ki, bacarığınız çatıb istehsalını təşkil edə bilməyəsiniz. Adi plastik qablardır, normal iş adamlarına imkan versəniz, onlara mane olmasanız Azərbaycanda istehsalını çoxdan təşkil edib öz xammalımızla daxili təlabatı ödəyə, hətta ixrac da edə bilərdik", - N. Cəfərli yazıb.  REAL sədri...

Seçilmiş Videolar

Toplum TV loqo