İqtisadiyyat

Azərbaycanda kartofun qiyməti niyə bahadır?

22 Aprel, 2025
839

açıq mənbədən götürülüb

Azərbaycanda kartofun qiymətində artım müşahidə olunur.

Bakı sakinləri bildirir ki, bir həftə əvvələ qədər bazar və marketlərdə keçən ilə aid olan kartofun kiloqramını 1 manata almaq mümkün idisə, artıq eyni məhsulun qiyməti 1 manat 80 qəpiyə qədər qalxıb. 

Təzə kartof isə bəzi mağazalarda hətta kiloqramı 5-6 manatdan satışa qoyulur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, martda ölkə daxilində kartofun pərakəndə satış qiyməti 1 manat 25 qəpik təşkil edib. 2024-cü ilin mart ayı ilə müqayisədə, qida məhsullarının qiymətində 6,7% artım müşahidə olunub.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Toplum TV-yə bildirir ki, qiymət artımının əsas səbəbi Azərbaycanın özünün kartofa olan tələbatını ödəyə bilməməsidir.

O deyir ki, adambaşına ehtiyacı və toxumluq kartofa tələbatı ödəmək üçün Azərbaycanda 1,5 milyon ton kartof istehsal edilməlidir. Lakin ötən il 998 min ton kartof istehsal olunub.

Məhərrəmli əlavə edir ki, əslində torpaq və iqlim ehtiyatları səbəbilə Azərbaycanın hətta 2 milyon ton kartof istehsal etmə potensialı var.

“Bunun üçün isə məhsuldarlığı artırmaq lazımdır. Azərbaycanda kartof üçün toxum materialları nə istehsal olunur, nə də xaricdən gətirilir. Kartof becərmək üçün adi kartof yumrularından toxum kimi istifadə olunur, ona görə də məhsuldarlıq bizdə çox aşağıdır,” mütəxəssis deyir.

Martda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bildirib ki, qida mallarının, o cümlədən, kartofun qiyməti “bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur”.

Vahid Məhərrəmli buna cavab olaraq qeyd edir ki, Azərbaycanda bazar prinsipləri işlək deyil.

“Qiymətlər lazım olduqda süni şəkildə artırılır, çünki Azərbaycan bazarında monopoliya mövcuddur. İnhisarçılar dövlətdən aldıqları ucuz kreditlər hesabına saxlama anbarları inşa edirlər, kəndlilərdən aldıqları kartofu qış mövsümünə qədər orada saxlayırlar və qiyməti də onlar diqtə edirlər. İnhisarçılar da əsasən oliqarx məmurlardır,” o qeyd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Hesablama Palatası milyonluq maliyyə pozuntuları aşkarlayır, bəs niyə heç kim cəzalanmır?

8 May 2026

açıq mənbə

Hesablama Palatası (HP) ötən ay dövlət qurumlarında son illərdə apardığı auditlə bağlı hesabatını açıqladı. Hesabatda bir sıra nazirlik və komitələrdə ciddi maliyyə pozuntularının olduğu bildirilirdi.  Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2024-cü ildə proqnozdan 176 milyon manat artıq vəsait xərcləndiyi qeyd olunub. 2023-2025-ci illərdə Dövlət Gömrük Komitəsində aparılmış auditin nəticəsi ilə bağlı isə bildirilir ki, yeni inzibati binanın tikintisi üzrə 18 milyon manata yaxın vəsait maliyyə sənədlərində tam əks etdirilməyib.  HP-nin əvvəlki illərdə də dövlət qurumlarında bir neçə milyonluq maliyyə pozuntuları aşkarladığı barədə açıqlamalar verilib. Bu pozuntulara, adətən, nümunə olaraq müqavilələrdə işlərin dəyərinin artırılması, məlumatların proqram təminatına tam daxil edilməməsi,...
İqtisadiyyat

İnflyasiya və gəlirlər arasında uçurum: Azərbaycanda bahalaşma davam edir

7 May 2026

Açıq mənbə

Son aylarda Azərbaycanda ərzaqların və gündəlik xidmətlərin qiymətlərində artım müşahidə olunur. Bu bahalaşma fonunda vətəndaşların gəlirlərinin eyni sürətlə artıb-artmaması isə sual doğurur. Toplum TV ərzaq və gündəlik xidmətlərin qiymətləri ilə bağlı vətəndaşlar arasında sorğu keçirib. Sorğuda iştirak edən vətəndaşlar bildirir ki, bəzi məhsulların qiymətləri qısa müddətdə ciddi şəkildə yüksəlib: “Bahalaşma sürətli baş verir, dünən bir qiymətə olan məhsul, bugün gedəndə görürsən ki, daha da bahalaşıb. Qiymətlər qəpik-qəpik yox, birbaşa manatla artır. Əsasən yağın qiyməti artıb, kilosunu 20 manata aldığım yağ artıq 27 manatdır. İctimai nəqliyyatın da qiyməti artıb.” Eyni zamanda sorğuda iştirak edənlər qeyd edib ki, qiymətlərdəki artımlara baxmayaraq, aldıqları...

Seçilmiş Videolar

Toplum TV loqo