Məhkəmə

Ülvi Həsənlidən 5 gündür xəbər yoxdur

30 İyun, 2025
67

Foto: VOA

“AbzasMedia işi” üzrə 9 il azadlıqdan məhrum edilən media qurumunun direktoru Ülvi Həsənlidən 5 gündür xəbər yoxdur.

Ülvi Həsənlinin ailəsindən verilən məlumatda belə deyilir.

Bildirilir ki, iyunun 26-da Bakının Umbakı qəsəbəsində yerləşən Penitensiar kompleksə köçürüldükdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Eyni iş üzrə həbs edilərək həmin müəssisəyə aparılan digər jurnalistlər artıq ailələri ilə əlaqə saxlayıb görüşsələr də, Ülvi Həsənli hələ də ailəsi ilə telefon danışığı etməyib.

Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib ki, məsələ ilə bağlı Penitensiar Xidmətin qaynar xəttinə müraciət edib, müraciətin qeydə alındığı bildirilib.

Ombudsman Aparatına edilən zənglər isə cavabsız qaldığı deyilir.

Bir neçə gün öncə Ülvi Həsənli Bakı İstintaq Təcridxanasından Umbakıdakı Penitensiar kompleksə köçürülmələrinə etiraz edib və burada saxlanılacağı halda aclıq aksiyasına başlayacağını bildirmişdi.

Ailəsi Həsənlinin buna görə cərimə kamerasına (karser) salınmasından narahatdır.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə “AbzasMedia işi” üzrə hökm oxunub. Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
2023-cü ilin noyabrında “AbzasMedia”nın direktor və əməkdaşları korrupsiya araşdırmaları apardıqları bir vaxtda həbs olunmuşdu. Ötən il mayda “Azadlıq” radiosunun jurnalisti Fərid Mehralızadə də bu iş üzrə saxlanılmışdı, lakin “AbzasMedia” onunla əməkdaşlıq etmədiyini bəyan etmişdi.
Həbs edilən jurnalistlər ittihamları rədd edir və həbsin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin dərhal azad edilməsinə çağırır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Həyat yoldaşı: Ülvi Həsənli aclıq aksiyasına başladığı üçün işgəncəyə məruz qalıb

30 İyun 2025

Foto: VOA

Beş günlük tam məlumatsızlıqdan sonra jurnalist Ülvi Həsənli bu gün ilk dəfə saxlanıldığı Umbakı təcridxanasından ailəsi ilə əlaqə saxlayıb. Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva iyunun 30-da məlumat yayıb. Onun bildirdiyinə görə, Ülvi Həsənli təcridxanaya köçürüldüyü gün aclıq aksiyasına başladığı üçün həmin vaxtdan etibarən 5 gündür karsa salınıb: “Səsi çox zəif gəlirdi. Dedi ki, 5 gündür aclıq edir. Heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib”, – deyə Rübabə Quliyeva bildirib. Jurnalistin həyat yoldaşının sözlərinə görə, Həsənliyə verilən məlumata əsasən, cütlük arasında rəsmi nikah...
Məhkəmə

Vergilər Nazirliyi “Toplum”çulardan 79 min manat istəyir 

30 İyun 2025

Foto: Toplum TV

İyunun 30-da “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslər vəsatətlərlə çıxışlar ediblər.  Əvvəlcə təqsirləndirilənlərdən Toplum TV əməkdaşı Fərid İsmayılov vəsatət verərək hakim heyətindəki Elnur Nuriyevin başqa siyasi motivli işlərdə sifarişli qərarlar verdiyini, buna görə də əvəzlənməli olduğunu bildirib.  Hakim vəsatəti təmin etməyib.  Ardınca Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli çıxış edərək 2024-cü ilin martında həbs olunduqdan bəri Vergilər Nazirliyinin ondan gəlirini bəyan etməsini istədiyini və hətta buna görə cərimələdiyini deyib.  O bildirib ki, bu müddət ərzində notarial əməliyyatlar həyata keçirməyə imkan verən sənəd almaq üçün istintaqa müraciət...

Seçilmiş Videolar

Toplum TV loqo