Foto: APA
İyunun 30-da polisin "Sputnik Azərbaycan"ın Bakı ofisində əməliyyat keçirdiyi bildirilir.
Hökumətyönlü medianın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla yaydığı məlumatda belə deyilir.
“Sputnik Azərbaycan” hələki məsələylə bağlı münasibət bildirməyib.
Yenilənmiş məlumata görə, “Sputnik Azərbaycan" agentliyinin ofisində keçilən əməliyyat zamanı saxlanılanlar var.
Əməliyyat zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.
“Sputnik Azərbaycan” Rusiyanın dövlətə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində fəaliyyət göstərir.
Azərbaycanda 2015-ci ilin mayından fəaliyyətə başlayan qurum ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib.
Bir müddət əvvəl "Rossiya Segodnya”nın (“Sputnik-Azərbaycan”) nümayəndəliyi ləğv edilib. Bildirilib ki, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”