Məhkəmə

Rüfət Səfərovun məhkəməsi başlayıb

30 İyun, 2025
29

Foto: Sosial media

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, iyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə müdafiə tərəfi vəsatətlər verib. 

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov əvvəlcə vəsatət verərək Səfərovun şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşməsini istəyib. Vəsatət təmin edilib.

Sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra E.Sadıqov vəsatət verərək Səfərovun haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini istəyib. Hakim vəsatəti təmin etməyib. 

Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Rüfət Səfərov ötən ilin dekabrında Cinayət Məcəlləsinin 221.1(xuliqanlıq) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunaraq həbs olunub. 

O, ittihamları qəbul etmir, hüquq müdafiə fəaliyyəti ilə bağlı olduğunu deyir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Həyat yoldaşı: Ülvi Həsənli aclıq aksiyasına başladığı üçün işgəncəyə məruz qalıb

30 İyun 2025

Foto: VOA

Beş günlük tam məlumatsızlıqdan sonra jurnalist Ülvi Həsənli bu gün ilk dəfə saxlanıldığı Umbakı təcridxanasından ailəsi ilə əlaqə saxlayıb. Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva iyunun 30-da məlumat yayıb. Onun bildirdiyinə görə, Ülvi Həsənli təcridxanaya köçürüldüyü gün aclıq aksiyasına başladığı üçün həmin vaxtdan etibarən 5 gündür karsa salınıb: “Səsi çox zəif gəlirdi. Dedi ki, 5 gündür aclıq edir. Heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib”, – deyə Rübabə Quliyeva bildirib. Jurnalistin həyat yoldaşının sözlərinə görə, Həsənliyə verilən məlumata əsasən, cütlük arasında rəsmi nikah...
Məhkəmə

Vergilər Nazirliyi “Toplum”çulardan 79 min manat istəyir 

30 İyun 2025

Foto: Toplum TV

İyunun 30-da “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslər vəsatətlərlə çıxışlar ediblər.  Əvvəlcə təqsirləndirilənlərdən Toplum TV əməkdaşı Fərid İsmayılov vəsatət verərək hakim heyətindəki Elnur Nuriyevin başqa siyasi motivli işlərdə sifarişli qərarlar verdiyini, buna görə də əvəzlənməli olduğunu bildirib.  Hakim vəsatəti təmin etməyib.  Ardınca Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli çıxış edərək 2024-cü ilin martında həbs olunduqdan bəri Vergilər Nazirliyinin ondan gəlirini bəyan etməsini istədiyini və hətta buna görə cərimələdiyini deyib.  O bildirib ki, bu müddət ərzində notarial əməliyyatlar həyata keçirməyə imkan verən sənəd almaq üçün istintaqa müraciət...

Seçilmiş Videolar

Toplum TV loqo