İqtisadçı: “Hökumət vətəndaşı yükləmək üçün “kreativ” yollar axtarır”
Foto: Sosial media
Milli Məclisdə “Elektroenergetika haqqında” qanuna mümkün dəyişikliklər müzakirə olunur.
İyunun 10-da baş tutan müzakirədə qaz və elektrikdən istifadə üçün ödənişlərdə sabit tarif tətbiq olunması təklif olunub.
Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, sabit tarif tətbiq olunduqda yaşayış olmayan evlərin sahibləri də binaya verilən qaz və elektrik enerjisinə görə ödəniş etməli olacaqlar.
“Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma 2-də yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Amma yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Həmin iki mənzildə yaşamayanlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Əslində, bu, həmin binada yaşayanların yükünü azaldacaq. Bu istiqamətdə yük paylaşılacaq”, - o deyib.
Ekspertlər və sosial şəbəkə istifadəçiləri isə bu qərarın enerji qiymətlərini artıracağını düşünür.
REAL Partiyasının sədri və iqtisadçı Natiq Cəfərli “Facebook” səhifəsində yazıb ki, hökumət “vətəndaşları yükləmək üçün “kreativ” yollar axtarır, məntiqsiz, iqtisadi əsaslandırması zəif və mənasız olan “arqumentlərlə” insanlardan əlavə vəsait toplamağa çalışır”.
“Yəni, yaşadın-yaşamadın, ödəməlisən, sanki inhisarçı dövlət şirkəti yox, reketdilər. Demək istəyirlər ki, biz mənzilə qədər elektrik və qaz xəttləri çəkirik, infrastruktur qururuq, siz də işlətdiniz-işlətmədiniz, ayrıca aylıq “sabit” məbləğ ödəməlisiniz”, - o qeyd edib.
“Birincisi, biz – vətəndaşlar öz vergilərimizlə o infrastrukturun qurulmasında artıq iştirak etmişik, çünki ölkədə infrastruktur layihələrinin çoxu büdcə hesabına həyata keçirilir, büdcəyə isə hamımız vergi veririk. İkincisi, biz vətəndaşların seçimi yoxdur axı, su, işıq, qaz inhisarçılar olan dövlət şirkətlərinin əlindədir, bizim hüquqlarımızı kim qoruyacaq?! Yaxşı, saatlarla işıq, qaz, su olmayanda, şirkətlər vətəndaşlara kompensasiya ödəyəcəklərmi?”, - iqtisadçı sual edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: açıq mənbədən götürülüb
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb