İqtisadiyyat

“Ayıbdır, ay hökumət, plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik” - Natiq Cəfərli

16 Yanvar, 2025
284

Natiq Cəfərli/şəxsi arxiv

“Ayıbdır, ay hökumət, yer haqqı, göy haqqı ayıbdır – plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik”.

REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycanın Mərakeşdən plastik qab almasına Facebook səhifəsində bu cür münasibət bildirib.

Xəbər agentliklərindən biri dünən Azərbaycanın Mərakeşdən plastik qabların alışını bərpa etdiyi haqda məlumat yayıb.

“Ay hökumət, bu ki, telefon, televizor, avtomobil, kosmik avadanlıq, kompüter deyil ki, bacarığınız çatıb istehsalını təşkil edə bilməyəsiniz. Adi plastik qablardır, normal iş adamlarına imkan versəniz, onlara mane olmasanız Azərbaycanda istehsalını çoxdan təşkil edib öz xammalımızla daxili təlabatı ödəyə, hətta ixrac da edə bilərdik", - N. Cəfərli yazıb. 

REAL sədri güman edir ki, Mərakeş xammalı İtaliyada neft elamı zavodlarından alır, o zavodların xam nefti isə Azərbaycandan gedir: 

“Yəni, biz xam nefti İtaliyaya satırıq, onlar emal edir, 100 cür məhsul istehsal etmək üçün əlavə dəyər yaradan istehsal üçün yararlı məhsullar alır, sonra onu ucuz işçi qüvvəsi olan Mərakeşə göndərir, onlar da plastik qab istehsal edib Azərbaycana satırlar. Bax, belə bir sistem qurublar. Xammal kimi nefti satıb, ondan alınan 100 cür məhsulu satdığımızdan 100 qat bahasına xaricdən alırıq”.

Birinci dəfə deyil ki, iqtisadçılar Azərbaycanı xammal ölkəsi olduğuna görə tənqid edirlər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

İqtisadçı: Çirklənməyə baxmayaraq Avropanın Azərbaycan neftindən imtina şansı yoxdur

22 Avqust 2025

Foto: president.az

İyul ayında Xəzər dənizində neft hasilatı aparan “British Petroleum” (“BP”) şirkəti Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirmişdi.  Şirkətdən “Bloomberg” agentliyinə verilən məlumatda göstərilirdi ki, Azərbaycandan Avropa ölkələrinə nəql olunan bəzi neft partiyalarında orqanik xlorid adlanan maddə aşkarlanıb. “Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, - xəbərdə deyilirdi.  Avqustun 4-də isə Rumıniya hökuməti Azərbaycandan gətirilmiş çirklənmiş xam neft səbəbilə fövqəladə vəziyyət elan edib. Ruminiya Energetika Nazirliyinin açıqlamasına görə, yerli “OMV Petrom” şirkəti 16–18 iyul tarixlərində Türkiyənin Ceyhan limanından yüklənmiş 92 min tonluq Azərbaycan nefti partiyasını qəbul edib. Yüklərin boşaldılması zamanı aparılan yoxlamalar xam neftin xloridlər...
İqtisadiyyat

DGK: Azərbaycan bu il 19 ölkəyə 14 mln. tondan çox neft ixrac edib

18 Avqust 2025

Foto: açıq mənbə

Bu ilin ilk 7 ayında Azərbaycan İtaliyaya 4,42 milyard dollar dəyərində 8,43 milyon ton neft ixrac edib.  Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb.  Hesabat dövründə bu ölkəyə 547 milyon dollar dəyərində 1,02 milyon  ton neft ixrac edilib. Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkəyə 450 milyon dollar dəyərində 827 min ton neft ixrac edilib. Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir. Siyahıdan...

Seçilmiş Videolar

Toplum TV loqo