İqtisadiyyat

“Azercell”ə qarşı boykot kampaniyası başlayıb

3 İyun, 2025
421

Foto: sosial media

“Azercell” istifadəçiləri şirkətə qarşı boykot kampaniyası başladıb. 

Buna səbəb şirkətin iyunun 2-də mobil nömrələrin aktiv qalma müddətini azaltmaqla bağlı qərarı olub. 

Qərara əsasən, iyulun 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndikdə nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə nömrəni aktiv saxlamaq üçün isə 1 - 1,99 manat arası məbləğ yükləmək lazım olacaq. 

Hazırda qüvvədə olan tarifə əsasən isə, nömrəyə 1 - 1,99 manat yüklədikdə o, 5 gün aktiv qala bilir. 

Yeni qərarla nömrəni 2 gün aktiv saxlamaq üçün 2 - 2,99 manat, 3 gün üçün isə 
3 - 4,99 manat yükləmək lazım olacaq. Nömrə maksimum 50 gün aktiv qala bilər ki, bunun üçün də istifadəçilər ən az 50 manatından keçməli olacaq. 

Müqayisə üçün, qüvvədə olan tariflə nömrəyə 2 - 2,99 manat yüklədikdə o, 10 gün, 3 - 4,99 manat yüklədikdə 20 gün, 50 manat yüklədikdə isə 120 gün aktiv qalır. 

Boykot kampaniyasına qoşulan istifadəçilər qonşu ölkələrdəki mobil operatorların tariflərinə diqqət çəkiblər. 

Məsələn, Türkiyənin "Turkcell” mobil operatorunda nömrələrin aktiv qalma müddəti ən azı 185 gün, “Vodafone”da 180 gün, Rusiyanın “Meqafon” və Ermənistanın “Telecom Armenia” operatorlarında 90 gündür. 

“Azercell” tənqidlərə qarşılıq olaraq bildirib ki, istifadəçilər abunə olduqları tarifin abunə haqqısını ödədikdə balansa etdikləri ödəniş nominalından asılı olmayaraq, nömrənin xətti tarifin istifadə müddəti bitənədək aktiv qalacaq. “Misal olaraq, əgər nömrənizdə "Azercellim" tarifidirsə və balansınıza 2 AZN ödəniş edərək, tarifi yeniləyirsinizsə, bu zaman tarifin istifadə müddəti bitənədək (30 gün) nömrənizin xətti aktiv qalacaq”, - şirkətdən deyilib. 

Bu açıqlama da “Azercell” istifadəçilərinin hirsini soyutmayıb. 

“Dilənçi deyilsiniz, amma qiymətləriniz dilənçi kimidir! Gedin başqa ölkələrdəki qiymətlərə baxın, sonra qoyduğunuz qiymətə baxın. Utanın bir az! Millətin cibinə girməkdən başqa işiniz qalmayıb. Sizin acığınızdan “Bakcell”ə ya “Nar”a keçmək vaxtıdır! #boykotazercell”, - bir “Facebook” istifadəçisi yazıb. 

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı “Pravda.az” saytına açıqlamasında deyib ki, “Azercell”in yeni qərarı Azərbaycanda iqtisadi modelin “normal olmadığını” sübut edib. 

“Dünya ölkələrində belə model var, amma aylarla ölçülən modeldir, günlərlə yox. Bəzi ölkələrdə bəzi mobil operatorlar bunu tətbiq edir, amma hamısı yox. “Azercell”in yanaşması təəccüblüdür və  şirkətin yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model anormaldır. Aydındır, “Azercell” daha çox pul qazanmaq istəyir, buna görə xidmət haqqını artırır. İstəyir ki, müstəriləri daha aktiv olsunlar. Qanunla bu, qadağan deyil. Mobil operatorlar bizdə şərtlərini özləri müəyyən edirlər və formal olaraq inhisar yoxdur”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Rayonlar üzrə müəllim sayı niyə “dövlət sirri” kimi gizli saxlanır?

11 İyul 2025

Foto: edu.gov.az

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin məvaciblərinin məbləği ilə bağlı açıqladığı statistika çox vacib olan, ictimaiyyətdən gizlədilən başqa bir önəmli statistikanın əhəmiyyətini yenidən diqqət mərkəzinə gətirib.  Söhbət ölkənin rayon və şəhərləri üzrə orta məktəb müəllimlərinin sayından gedir. Açıq statistik mənbələrdə bölgələr üzrə həm şagirdlərin, həm də məktəblərin sayı barədə müntəzəm rəqəmlər açıqlanır. Amma  müəlimlərin sayı açıq informasiya kimi cəmiyyət üçün əlçatan deyil.    Emin Əmrullayevin son açıqlamasına görə, ölkədə bütün orta məktəb müəllimlərinin 14 faizi və ya 17 min nəfərinin aylıq maaşı 500 manatdan aşağıdır. Bu kateqoriyadakı müəllimlərin dərs yükü 8 saatdır.  Halbuki, qanunvericiliyə görə, tam stavka ilə işləmək...
İqtisadiyyat

Azərbaycan yeyinti məhsullarının 80%-ni Rusiyaya ixrac edir

7 İyul 2025

Foto: açıq mənbə

Azərbaycan və Rusiya arasında müəyyən yeyinti məhsulları üzrə ticarət dövriyyəsi artıb.  Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Facebook” səhifəsində xəbər verib.  O, Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirib ki, bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını ötən ilin ilk 5 ayı ilə müqayisədə fiziki çəkidə 20 faiz artırıb.   Rusiyadan buğda idxalı isə 50 faizdən çox artıb.   Ekspert qeyd edir ki, ümumilikdə, Azərbaycanın ixrac etdiyi yeyinti məhsullarının təxminən 80 faizi və idxal etdiyi ərzaq məhsullarının 25 faizi Rusiyanın payına düşür.  Azərbaycan Rusiyaya ən çox meyvə, tərəvəz və kartof, Rusiya isə Azərbaycana daha çox buğda, buğda unu,...

Seçilmiş Videolar

Toplum TV loqo